Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Komitədən videolara reaksiya: "Həmin şəxs gömrükçü deyil"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Komitədən videolara reaksiya: "Həmin şəxs gömrükçü deyil"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Gömrük Komitəsi gömrük əməkdaşının xüsusi geyim formasını tanımayıb gömrük əməkdaşını ləkələməyə çalışanlara müraciət edib.

 

Komitədən verilən məlumata görə, müraciətdə deyilir: "Ötən gün sosial şəbəkələrdəki səhifələrdən birində guya gömrük orqanları əməkdaşlarının qanunsuz əməllərini - vətəndaşlardan rüşvət tələb etməsini, onlara qarşı alçaldıcı hərəkətlərə yol verməsini əks etdirən video yayımlanıb. 4 məkanda qeydə alınan videolardan 3-də sadalanan ittihamları əks etdirən hər hansı sübuta, fakta rast gəlmək mümkün deyil. Belə ki, ikinci məkanda qeydə alınan videoda insanların növbəsi, 3-cüdə mikroavtobuslara minməsi əks olunub., 4-cü videonun isə Azərbaycan Respublikasının hüdudlarından kənarda lentə alındığı aydın görünür. Hər 3 məkanda qeydə alınan videotəsvirlərdə ölkəmizin gömrük orqanları və ya onun əməkdaşlarının qanunsuz hərəkətlərini əks etdirən hər hansı sübut yoxdur.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

1-ci məkanda qeydə alınan təsvirlərdə və audioyazılarda birbaşa kameranın obyektivinin hədəfində olan mülki vətəndaşın gömrük əməkdaşı ilə təması, dialoqu ümumiyyətlə qeydə alınmayıb. Həmin şəxsin üzərindəki gömrük orqanı əməkdaşının xüsusi geyim forması deyil, həmin şəxs də gömrükçü deyil.

 

Gömrük orqanları əməkdaşlarının korrupsiya hallarına yol verməsinə, vəzifə səlahiyyətlərini aşmasına gəlincə, Dövlət Gömrük Komitəsinin müvafiq qurumları bu kimi hallara qarşı qətiyyətli mübarizə aparır. Vətəndaşlardan belə faktlarla qarşılaşarkən dərhal və birbaşa səlahiyyətli hüquq-mühafizə qurumlarına müraciət etmələri xahiş olunur".

07.11.2018 08:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ