Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İlham Əliyev yeni hipermarketin açılışında iştirak etdi- YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
 İlham Əliyev yeni hipermarketin açılışında iştirak etdi- YENİLƏNİB

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva noyabrın 7-də “Bravo” marketlər şəbəkəsinin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən yeni hipermarketinin açılışında iştirak ediblər.

 

Hipermarketdə yaradılan şərait barədə dövlət başçısına və birinci xanıma məlumat verilib.

 

“Bravo” Azərbaycanın ən böyük hipermarket şəbəkəsi hesab olunur.

 

Bildirilib ki, inşasına ötən ilin mayında başlanılan bu ticarət obyektinin ümumi sahəsi 7 hektardan, ticarət sahəsi isə 8 min kvadratmetrdən artıqdır. Hipermarketin qapalı və açıq avtodayanacığının sahəsi 11 min kvadratmetrdən çoxdur. Bu dayanacaqlarda eyni vaxtda 800-ə yaxın avtomobil saxlanıla bilər. Zövq oxşayan müasir tərtibatlı hipermarketdə bazarlıq üçün hərtərəfli imkanlar var. Müştərilərə ən geniş çeşiddə müxtəlif növ məhsullar təqdim edilir. Yeni hipermarketdə alıcılara həmçinin “Bravo” özəl ticarət markasına məxsus ərzaqlar, müxtəlif çeşiddə keyfiyyətli qeyri-qida məhsulları da təklif olunur.

 

Məlumat verilib ki, “Bravo” şəbəkəsinə məxsus market və hipermarketlərdəki ərzaq məhsullarının 90 faizindən çoxu yerli məhsullardır. Dövlət başçısı bununla bağlı məmnunluğunu bildirdi və təbriklərini çatdırdı. Bu fakt ölkə iqtisadiyyatının digər sahələri ilə yanaşı, yerli ərzaq sənayesi sektorunun da sürətlə inkişaf etdiyini bir daha göstərir.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Burada “Bravo kafe”, uşaqlar üçün xüsusi zona, “Kapital Bank”, “McDonalds”, “Buta aptek” də fəaliyyət göstərəcək. Yeni iş yerlərinin açılması baxımından da “Bravo” hipermarketi əhəmiyyəti ilə seçilir. Belə ki, burada 335 nəfər işlə təmin olunub. Onların orta aylıq əməkhaqqı 540 manata yaxındır. Yeni istifadəyə verilən “Bravo” hipermarketi də şəbəkəyə aid digər yerlərdə olduğu kimi, peşəkar komandası ilə seçilir. Bir sözlə, mükəmməl xidmət üçün təlimli və təcrübəli işçi heyətin fəaliyyət göstərməsi burada müştərilərə nümunəvi xidmət etməyə imkan yaradacaq.

 

Ümumilikdə, indiyədək Bakı və Gəncə şəhərlərində “Bravo” şəbəkəsinə məxsus 27 mağaza, o cümlədən 3 hipermarket alıcıların ixtiyarına verilib.

 

“Bravo” şəbəkəsinin əsas məqsədlərindən biri beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərməklə yanaşı, yüksək keyfiyyətli innovativ məhsullar təklif etməkdir. Şəbəkənin bütün mağazaları müasir dizaynı ilə seçilir. “Bravo” şəbəkəsinə məxsus market və hipermarketlər daim yenilənən zəngin çeşid, qida təhlükəsizliyinə və gigiyenaya zəmanəti ilə də fərqlənir.

 

19:00-da Koroğlu m/s yaxınlığında yeni BRAVO hipermarketdə konsert keçiriləcək.

07.11.2018 11:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ