Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Əgər neftin qiyməti 100 dollara qalxsa, bu, davamlı olmayacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Əgər neftin qiyməti 100 dollara qalxsa, bu, davamlı olmayacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

 "Dünya bazarında neftin qiyməti 100 dollar/ barelə qalxa bilər, amma bu, davamlı olmayacaq".

 

Bunu Bakıda BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov bildirib.

 

"Neftin qiyməti 100 dollar/barel, hətta ondan çox ola bilər, amma bunun 5 il davam edəcəyini proqnozlaşdırmaq düzgün deyil. Bu səviyyədə qiymət kifayət qədər davamlı deyil", - deyə o, qeyer edib. 

 

İqtisadçının sözlərinə görə, ortamüddətli perspektivdə neftin qiymətlərində geosiyasi faktorlar başlıca rol oynayacaq. 

 

V.Drebentstov bu mənada Venesuelada hasilatın azalmasını və İrana qarşı sanksiyanı qeyd edib:"Neftin qiymətində Venesuela faktoru önəmli faktordur.Burada hasilatın stabilləşəcəyi, yaxud daha da azalacağı məlum deyil. Neftin qiymətinə təsir edən ikinci geosiyasi faktor ABŞ-ın İrana qarşı sanksiyalarıdır. Bu sanksiyalar nəticəsində İran neftinin həcmi bazardan azalır. Amma bazardan azalan İran nefti hələlik fiziki çatışmazlıq yaratmayacaq, çünki Səudiyyə Ərəbistanı azalan həcmləri ehtiyatları hesabına kompensasiya edəcək.Ancaq ortamüddətli perspektivdə əgər İran neftinin nəqli maksimal olaraq azalarsa və Venesuelada hasilat maksimal həcmdə azalarsa, bazarda çatışmazlıq yarana bilər".

 

Baş iqtisadçı həmçinin bildirib ki, 2030-cu illərdə ABŞ-da neft hasilatının həcmi Səudiyyə Ərəbistanı və Rusiyadan 2 dəfə çox olacaq. Onun sözlərinə görə, şist neftinin maya dəyəri də azalacaq.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

© Report

07.11.2018 12:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ