Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Sığorta bazarının “Yol xəritəsi”i hazırlanır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta bazarının “Yol xəritəsi”i hazırlanır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (ASA) təşkilatçılığı ilə sığorta bazarının inkişaf istiqamətlərinin müəyyən olunması məqsədilə “Yol xəritəsi”nin hazırlanmasına dair işlərə başlanıb.

 

Reklam_3_11

Bu barədə "Marja"ya ASA-dan bildirilib.

 

"Birlikdə bununla bağlı işçi qrupu yaradılıb ki, burada Birliyin nümayəndələri ilə yanaşı, sığorta şirkətlərinin müxtəlif departamentlərinin rəhbər şəxsləri və mütəxəssislər, İcbari Sığorta Bürosunun nümayəndəsi, sığorta vasitəçiləri və sahə üzrə ekspertləri iştirak edir.

 

“Yol xəritəsi”nin Birliyin 3 illik fəaliyyət planı və görüləcək işlərini özündə ehtiva etməsi nəzərdə tutulub. “Yol xəritəsi” sığorta sektorunda mövcud problemlərin aşkarlanması, onların həlli yollarının müəyyən edilməsi və buna dair təkliflərin formalaşdırılması, sığorta sahəsi üzrə qanunverici bazanın təkmilləşdirilməsi, sığorta bazarının hərtərəfli analizi, bazara dair analitik mövqeyin formalaşdırılması və statistikasının hazırlanmasını məqsəd qoyub.

 

Hazırda işçi qrupu daxilində avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası və daşınmaz əmlakın icbari sığortası ilə bağlı bir sıra işlər görülüb və bu istiqamətdə fəaliyyətlər davam etdirilir. 

 

Qeyd edək ki, “Yol xəritəsi”nin bir ərzində tamamlanması üçün Birlikdə işçi qrupunun intensiv görüşləri və bununla bağlı müzakirələri təşkil olunur",- məlumatda deyilir..

 

07.11.2018 13:58

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ