Manat əmanətlərinin faizini artırıb
“Unibank” ASC Azərbaycan manatı ilə qəbul etdiyi müddətli (klassik) əmanətlərin faiz dərəcələrini artırıb.
Bu barədə Bankın saytında məlumat verilib.
Məlumata görə, məsələn, hazırda “Unibank”da 1 il müddətinə milli valyuta ilə yerləşdirilən əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 17-17,3% divident vəd edilir. İndiyə qədər illik gəlirlilik 15,5-16% olub.
Bankın ABŞ dolları ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik olmayıb.
Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 70 565 232 manatdır. Bankın səhmlərinin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
45 san. əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 6 d. əvvəl
- 9 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 4 saat əvvəl