Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Şanxayda Azərbaycan Şərab Evi açılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şanxayda Azərbaycan Şərab Evi açılıb

Çində səfərdə olan İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin  rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti görüşlərini davam etdirir.

 

Çinin Dövlət Gömrük Administrasiyasının sədr müavini Li Quo ilə görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çinlə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, Birinci Çin Beynəlxalq İdxal Sərgisinin və sərgidə Azərbaycan şirkətlərinin iştirakının əməkdaşlığın inkişafında önəmini vurğulayıb.

 

Görüşdə qeyd edilib ki, 2017-ci ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 20% artıb. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 46%-i Azərbaycanın payına düşür. Azərbaycanın Çində ticarət nümayəndəsi, Urumçidə Azərbaycan Şərab və Lucouda Azərbaycan Ticarət evləri fəaliyyət göstərir, Çinə ixrac missiyaları təşkil edilir. Noyabrın 7-də isə Şanxayda Azərbaycan Şərab Evi açılıb.

 

Azərbaycan məhsullarının Çinə ixracının genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev gömrük sahəsində əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin mühüm istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün İşçi Qrupunun yaradılmasını təklif edib.


Çinin Dövlət Gömrük Administrasiyasının sədr müavini Li Quo təklifi razılıqla qarşılayıb, Çinin Azərbaycanla ticarət əlaqələrinin genişləndiriməsində maraqlı olduğunu, bunun üçün gömrük orqanları arasında əməkdaşlığın inkişafının önəmini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqələrin inkişafı da hər iki tərəf üçün faydalı ola bilər. Li Qua qeyd edib ki, Çinin Dövlət Gömrük Administrasiyası Azərbaycanın analoji qurumu ilə təcrübə, qida təhlükəsizliyi və statistika sahələrində məlumat mübadiləsində maraqlıdır.


ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Gömrük, qida təhlükəsizliyi və statistika sahələrində əməkdaşlığın inkişafına, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Çinə ixracına dair müzakirələrin aparıldığı görüşdə Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin sədr müavini Elşən Əsədov, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu  iştirak ediblər.

07.11.2018 14:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ