Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Cırtdan” yenidənqurmadan sonra açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Cırtdan” yenidənqurmadan sonra açıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Noyabrın 7-də Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.

 

Reklam_3_11

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər.

 

Mərkəzin binası 1986-cı ildə inşa edilib və uşaq düşərgəsi olub. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə burada yenidənqurma işləri aparılıb.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Bundan sonra bu məkan “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərəcək.

 

Birinci vitse-prezident Mehriban Əliyeva istirahət və sağlamlıq mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.

 

Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevaya burada aparılmış yenidənqurma, təmir-bərpa və abadlıq işləri barədə ətraflı məlumat verilib.

 

Qeyd edilib ki, uşaq və yeniyetmələr üçün maraqlı dizaynla qurulan düşərgənin binasında yenidənqurma işləri nəticəsində uşaqların daha rahat qalmaları, onların maraqlı, faydalı və əyləncəli vaxt keçirmələri üçün hər cür şərait yaradılıb. Bu məkan uşaqların sosiallaşması, asudə vaxtlarının təşkili, düşüncə tərzinin, məntiqinin inkişaf etdirilməsi üçün mühüm funksiya daşıyacaq. Mərkəzin həyətində əsaslı abadlaşdırma işləri aparılıb, yaşayış kompleksi və yeməkxana tamamilə yenilənib, yeni akvapark, parkur, yoqa və idman meydançaları, qaçış zolağı, kitabxana, akt zalı, yay səhnəsi, əyləncə zonası və s. inşa edilib. Təhlükəsizlik məqsədilə videomüşahidə sistemi qurulub. Uşaqlar üçün daha bir yenilik isə burada “Radio Cırtdan”ın fəaliyyət göstərməsi olacaq.

 

Sovet dövründə düşərgə kimi fəaliyyət göstərən bu məkanda çoxlu sayda uşaq və yeniyetmə hər yay öz istirahətini maraqlı keçirirdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da düşərgə fəaliyyətini davam etdirib. Hər il 1500 nəfərə yaxın uşaq və gənc bu mərkəzdə istirahət edir. Mərkəzdə aztəminatlı ailələrə və sağlamlıq imkanları məhdud olan yeniyetmələrə xüsusi diqqət göstərilir. Düşərgənin dəniz yaxınlığında yerləşməsi isə uşaqların yay aylarında istirahətini çimərlikdə keçirməsinə də imkan yaradır.

07.11.2018 15:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ