Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dövlət Aqrar Ticarət Şirkəti və "Bravo" razılaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Aqrar Ticarət Şirkəti və "Bravo" razılaşıb

"Kənddən şəhərə" məhsullarını "Bravo" marketlər şəbəkəsində əldə etmək mümkün olacaq.

 

Reklam_3_11

Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, "Kənddən şəhərə" Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir. Yaxın günlərdə istifadəyə veriləcək "Kənddən şəhərə" mağazasında vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər.

 

Layihə çərçivəsində həm də fermerlərin yetişdirdiyi məhsulların "Kənddən şəhərə" adı altında qablaşdırılaraq satışına dəstək göstərilməsi nəzərdə tutulur. Bu məhsulları vətəndaşlarımız həm "Kənddən şəhərə" mağazasında, həm də müxtəlif market şəbəkələrində əldə edə biləcəklər.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Dövlət Aqrar Ticarət Şirkətinin "Bravo" Marketlər Şəbəkəsi ilə əldə etdiyi razılığa əsasən, metronun "Koroğlu" stansiyası yaxınlığında istifadəyə verilmiş Qafqazın ən böyük hipermarketində "Kənddən şəhərə" məhsullarının xüsusi stend və vitrini quraşdırılıb. Vətəndaşlar bu vitrinlərdən təbii və keyfiyyətli məhsulları əldə edərək kiçik və orta fermer təsərrüfatlarının inkişafında pay sahibi ola bilərlər.

 

Tezliklə digər "Bravo" marketlərində də "Kənddən şəhərə" məhsullarını əldə etmək mümkün olacaq.

08.11.2018 04:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ