Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda 14 bankın faiz xərcləri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 14 bankın faiz xərcləri artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün bu ilin yanvar-iyun aylarındakı faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən çox olub. 

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Bunlar İran Milli Bankının Bakı filialı, "NBC Bank", "Naxçıvan Bank", "Muğan Bank", "Express Bank", "Zıraat Bank Azərbaycan", "Azər-Türk Bank", "Atabank", "Bank Silk Vey", "Günay Bank", "Bank BTB", "Turan Bank", "Azərbaycan Sənaye Bankı" və "AFB Bank"dır. Ən yüksək dinamika İran Milli Bankının Bakı filialında (2,2 dəfə), ən aşağı dinamika isə "AFB Bank"da (0,1%) qeydə alınıb.

 

1 bankın - Pakistan Milli Bankının Bakı filialının faiz xərcləri demək olar ki, dəyişməyib.

 

Qalan 15 bankın isə faiz xərcləri azalıb. Ən çox azalma "Azərbaycan Beynəlxalq Bankı"ında (67%), ən az azalma isə "Amrah Bank"da (0,3%) qeydə alınıb.

 

4 bankın faiz xərcləri 20 milyon manatdan çoxdur

 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün faiz xərcləri 50 milyon manatdan çox olub.

 

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (90,403 milyon manat), "Kapital Bank" (57,782 milyon manat), "Access Bank" (39,359 milyon manat) və "PAŞA Bank"dır (27,203 milyon manat).

 

Qalan 26 bankdan 11-də faiz xərcləri 10-20 milyon manat arasında, 12 bankda 1-10 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

© Renkinq

08.11.2018 05:46

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ