Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qrup yaradıb şirkətlərə kredit vermək fürsəti - PAŞA BANKDAN YENİLİK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qrup yaradıb şirkətlərə kredit vermək fürsəti - PAŞA BANKDAN YENİLİK

(®) PASHA Private Banking müştəriləri üçün yeni investisiya fürsəti


 

Reklam_3_11

Azərbaycanın aparıcı kommersiya bankı olan PAŞA Bank fiziki şəxslərə sindikat kreditlərinin təşkilində iştirak etmək imkanını yaratmaqla Private Banking müştəriləri üçün yeni investisiya alətini tətbiq edir.

 

"PASHA Private Banking" bölməsinin rəhbəri Orxan Cabbarov, bu xidmətin müştərilərə vəd etdiyi fayda və Private Banking-la bağlı bankın gələcək planları haqqında bəhs edib.

 

- Zəhmət olmazsa, Azərbaycan bazarında yeni məhsul, fiziki şəxslərin iştirakı ilə sindikat krediti haqqında bir qədər ətraflı məlumat verin.

 

- Məlumdur ki, kreditvermə hazırda işgüzar dairələrin tələbatına cavab verən əsas bank məhsullarından biridir. Kreditlərin verilməsində banklar təqribən eyni yanaşmanı tətbiq edirlər və burada fərq əsasən maliyyə təsisatlarının riskləri idarəetmə siyasətindən irəli gəlir. Digər tərəfdən, hər bir ölkədə bazarı tənzimləyən qurumun prudensial tələblərindən də çox şey asılıdır.

 

Həcmi maliyyə təsisatı üçün müəyyən edilmiş limitləri aşan böyük kreditlərin verilməsinə gəldikdə isə bazar iştirakçısı prosesə digər vəsait təminatçılarını (bankları, maliyyə təsisatlarını və ya fiziki şəxsləri) cəlb edir. Beləliklə, maliyyə bazarının bir qrup iştirakçısı (sindikat) tərəfindən verilən kreditə sindikat krediti deyilir. Azərbaycanda sindikat kreditinin fiziki şəxslərin iştirakı ilə təşkili praktikasının yox səviyyəsində olmasına baxmayaraq, bankımızın Private Banking müştərilərinə bu imkanı yaratmaq qərarına gəldik.

 

Müştərilərimizə qoşulmaq üçün təklif etdiyimiz bütün əqdləşmələrin şəffaf olmasını xüsusilə qeyd etmək istərdim. Müştərilərimizi, sindikatın, kredit vermək niyyətində olduğu şirkətin (onun razılığı əsasında) maliyyə göstəriciləri ilə tanış etməyə hazırıq; müştərilərimizin isə bu məlumatı təftiş məqsədilə auditor kimi üçüncü tərəfə təqdim etmək hüququ var.

 

Digər tərəfdən, sindikatda özümüz də kreditor kimi iştirak edirik, yəni müştərimizin üzləşdiyi riskləri biz də öz üzərimizə götürürük. Bu amili nəzərə almaqla sindikat kreditinin tərəfləri PAŞA Bankın təcrübəsinə və ekspertizasına əsaslanaraq kreditvermə prosesinə qatılıb-qatılmamaq qərarını verə bilərlər. Beləliklə, müştərilərimizi bu səpkidə kreditin təşkilinə cəlb etməklə onlara əlavə qazanc imkanını yaradırıq.

 

- Belədirsə, sindikat kreditinin təşkilindən əldə edilən gəliri maddi vəsaitlərin depozit hesabında yerləşdirildiyi kimi portfel gəliri ilə müqayisə etmək olar?

 

- Müştəri nöqteyi-nəzərindən depozit müştəriyə müəyyən gəlir gətirən əsas vəsaitlərdən biridir. Lakin xarici valyutada yerləşdirilən depozitlərdən danışdıqda hazırda onların illik faiz dərəcəsi 0.1-0.3%, ən yaxşı halda isə 0.5% təşkil edir. Eyni zamanda, korporativ müştərilərə xarici valyutada verilən kreditlər üzərində tətbiq edilən faiz dərəcəsi 5-6%, bəzən arabir hətta 8% olur. Bir sözlə, Private Banking müştərilərimizi sindikat kreditləşməyə cəlb etməklə onlara ənənəvi investisiya alətləri ilə müqayisədə daha yüksək gəlir əldə etmək imkanını yaradırıq.

 

- Sindikat kreditlərini hansı faiz dərəcələri ilə verməyi planlaşdırırsınız?

 

- Ümumiyyətlə, kredit üzrə faiz dərəcəsi bir sıra amillərdən asılıdır; borc vəsaitinin cəlb edilməsinə çəkilən xərclər isə bu amillər arasında ən böyük əhəmiyyətə malikdir. Hər halda, faiz dərəcəsi fərdi qaydada müzakirə ediləcək və kreditləşmədə iştirak edən bütün tərəflər, o cümlədən Private Banking müştəriləri üçün əlverişli olacaq.

 

- Müştərilərinizə daha hansı məhsul və xidmətləri təklif etmək iqtidarındasınız?

 

- Qısa və uzunmüddətli adi depozitlərlə yanaşı, müştərinin maraq və həvəsindən asılı olaraq bir-birindən risk səviyyəsi ilə fərqlənən üç növ investisiya portfelini təklif edirik. Məsələn, mühafizəkar və risklər baxımından yaxşı tarazlanmış, sabit gəlir gətirən portfelimiz var; riskdən qaçmayan müştərilərimiz üçün isə daha dinamik və bunun müqabilində daha yüksək investisiya gəliri təmin edən portfel nəzərdə tutulur.

 

Ayrıca qeyd etməliyəm ki, müştərilərimizə yerli və xarici şirkətlərin buraxdığı və təsbit edilmiş məbləğdə gəlir gətirən istiqrazlara investisiya qoyuluşu etmək imkanını da təklif edirik. Xarici istiqrazlara gəldikdə, investisiya reytinqi “BB+” səviyyəsindən başlayaraq daha yüksək olan emitentlərə üstünlük veririk. Bundan başqa, müştərilərimiz üçün beynəlxalq fond birjalarında dövriyyədə olan səhmlərə vəsait yatırmaq imkanını yaradırıq.

 

- Qərbin aparıcı bankları müştərilərinə incəsənət əşyalarına investisiya qoyuluşu, daşınmaz əmlakın alınması, övladları üçün ən münasib təhsil ocağının seçilməsi kimi xidmətlər göstərir. PAŞA Bankda bu qəbildən olan xidmətlər mövcuddurmu?

 

- Əlbəttə. Hər şeydən əvvəl, Private Banking müştəri ilə bank arasında etibara əsaslanan və uzunmüddətli münasibət deməkdir. Bu zaman bank olaraq əsas vəzifəmiz müştərini onun gündəlik həyat tərzini tam əhatə edən hərtərəfli xidmətlər çeşidi ilə təmin etməkdən ibarətdir.

 

Beləliklə, PAŞA Bankın Private Banking bölməsi müştərilərinə xaricdə tibb müəssisəsinin, daşınmaz əmlakın, yaxud övladları üçün məktəb, universitetin seçilməsində yardımçı olur. Xarici bazarlara birbaşa çıxış əldə etdiyimiz yetərincə geniş, bütün dünyanı əhatə edən tərəfdaş şəbəkəsinin bir hissəsiyik. Müştərimiz incəsənət əşyalarına maraq göstərərsə və bu sahəyə investisiya yatırmaq marağında olarsa ona müvafiq zəruri dəstəyi göstəririk.

 

- Yaxın gələcəkdə müştərilərinizə hansı yeni məhsul və xidmət təkliflərini planlaşdırırsınız?

 

- Bu ildən müştəri xidmətində illik üzvlük haqqına əsaslanan yeni yanaşmanı təklif edirik. Praktika ölkəmiz üçün yeni olsa da, müştərilərimiz tərəfindən bu yeniliyə marağın göstərilməsini artıq qeyd edə bilərik.

 

Hazırda heyətimiz yeni kredit məhsullarının yaradılması üzərində fəal işləyir. Nəticədə, müştərilərimiz yaxın gələcəkdə onlara təklif edəcəyimiz ipoteka kreditləri vasitəsilə premium sinif daşınmaz əmlak ala biləcəklər. Bu kreditlər on ilədək sürəcək müddət ərzində, illik faiz dərəcəsi 11-13%-dən başlamaqla əlverişli şərtlərlə veriləcək. Eyni zamanda, lüks sinfinə aid olan avtomobillərin də kreditə alınması imkanını nəzərdən keçiririk.

 

- Private Banking xidmətləri sahəsində bir neçə dəfə beynəlxalq mükafatlarla təltif edilmə ona dəlalət edir ki, PAŞA Bank olaraq müştərinizin səciyyəvi xüsusiyyətlərinə yaxşı bələdsiniz. Müşahidələrinizə əsaslanaraq, Azərbaycanda fəaliyyət göstərdiyiniz bu seqmentdə müştəri prioritetləri son illər dəyişmişdirmi?

 

- Keçmiş beş-altı il ərzində müştərilərimizi əksər hallarda depozit şərtləri, məsələn, depozit üzrə faiz dərəcəsi və s. məsələlər maraqlandırırdısa, son bir-iki il bu ənənəvi investisiya aləti əhəmiyyətini itirməyə başlayıb. Müştərilərimizi səciyyələndirən xüsussiyyətlərdə baş vermiş əsas fərq kimi bazarda mövcud olan yeni investisiya alətlərinə marağın yaranmasını qeyd edərdim. Bu səbəbdən, müştərilərin sifarişlərinə əməl etməklə onlar üçün yeni təkliflər tərtib edirik.

 

Bununla belə, yanaşmamızda olduqca mühafizəkarıq, yəni əmin olmadığımız və iştirakımızın olmadığı məhsul, yaxud xidməti müştərilərimizə təklif etmirik. Yeni xidmət kimi deyil, bankımızın tamhüquqlu ortağı olmaq imkanı kimi təqdim etdiyimiz sindikat kreditinin təşkilində iştirak məhz bu yanaşmaya əsaslanır.

 

Söhbətimizin sonunda onu da qeyd edim ki, qarşıdan gələn bir neçə il ərzində başlıca məqsədimiz bazarımızda qeyri-ənənəvi sayılan investisiya alətlərinin, həmçinin Qərb ölkələrinin təcrübəsinin ölkəmizdə tətbiqindən ibarətdir. Bankımızın böyük səriştəsi və dünya miqyasında aparıcı maliyyə təsisatlarından topladığımız təcrübə PAŞA Bankın Private Banking bölməsinin müştərilərinə məxsus olan sərvətin qorunmasına və artırılmasına müvəffəq olacaq.

 

© Trend

08.11.2018 06:33

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ