Dekabrda Azərbaycan EBRD-dən 28 milyon avro alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dekabrda Azərbaycan EBRD-dən 28 milyon avro alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üçün indiyədək ayırdığı vəsaitlərin ümumi həcmi 2016-cı ilin dekabr ayı ərzində 28 mln. avro yaxud 1,06% artaraq 2017-ci il yanvarın 1-nə 2 660 mln. avroya yüksəlib.

 

Reklam_3_11

Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı da artaraq 160-dan 161-ə çatıb. Bunun strukturunda özəl sektorun payı isə 2 faiz bəndi azalaraq 52%-ə düşüb.

 

Məlumata görə, Azərbaycanın Banka ödənişlərinin həcmi 33 mln. avro yaxud 1,76% artaraq 1 906 mln. avroya çatıb.

 

EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri isə 40 mln. avro və yaxud 6,38% azalaraq 587 mln. avroya düşüb.

 

Bankın ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfel isə 46 mln. avro yaxud 4,55% azalaraq 966 mln. avroya bərabər olub.

 

Qeyd edək ki, EBRD-nin Azərbaycanda aktiv layihələrinin sayı da 1 vahid azalıb. Hazırda Bank Azərbaycanda 56 aktiv layihədən ibarət portfelə malikdir. 

 

© Report

20.02.2017 07:56

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ