Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Gələn il əhalinin gəlirləri 9 faiz artacaq, 54.4 milyard manat olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gələn il əhalinin gəlirləri 9 faiz artacaq, 54.4 milyard manat olacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Gələn ilin dövlət büdcəsi layihəsində sosial xərclər azaldılmayıb, artırılıb. Növbəti ilin dövlət büdcəsi də sosialyönümlüdür”.

 

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

 

ONLAYN KREDİT SİFARİŞİ 3% ENDİRİMLƏ

 

Nazir müavini qeyd edib ki, cari ilin 10 ayında muzdla işləyənlərin sayı 1 milyon 540 min nəfər olub, 3.3 milyon nəfər isə sərbəst məşğul olanlardır: “Bu ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəliri 3 milyard 187 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.7 faiz artım deməkdir”.

 

İ.İsayev bildirib ki, Azərbaycanda demoqrafik göstəricilər müsbətdir, əhali cavandır, 15-64 yaş arasında olan əhali 71 faiz təşkil edir: “65 yaşdan yuxarı olan əhali isə növbəti ildə 6.3 faiz təşkil edəcək. Bu, çox müsbət göstəricidir. Qeyd edim ki, əmək qabiliyyətli əhali bizim üçün əhəmiyyət kəsb edir, çünki əmək qabiliyyətli əhali işləyən əhali deməkdir. İşləyən əhalinin sayı nə qədər çox olacaqsa, pensiya sisteminin maliyyə dayanıqlığı daha möhkəm olacaq. Çünki ödənilən sosial sığorta haqları bu insanlardan asılıdır. Növbəti ildə məşğul əhalinin sayının 5 milyona çatacağı qeyd olunur. Gələn il əhalinin gəlirləri 9 faiz artacaq, 54.4 milyard manata çatacaq. Bu da müsbət göstəricidir. Növbəti ildə orta aylıq əməkhaqqı 5.7 faiz artaraq, 642 manata çatacaq. 2019-cu ildə inflyasiya 3.8 faiz səviyyəsində nəzərdə tutulur. Pensiyaçıların sayı 1 milyon 294 min təşkil edəcək. Bunun 58.3 faizi yaşa görə, 30.8 faizi əlilliyə görə, 10.9 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Yaşa görə pensiya alanların sayında azalma müşahidə olunur, pensiya yaşının artırılması buna təsir edib”.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Report

08.11.2018 08:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ