Bayram günləri sifarişləri pulsuz çatdıracaq

“Amazon” şirkəti bayram günlərində satın alınmış malları müştərilərinə pulsuz çatdırmaq niyyətindən olduğunu bildirib.

 

Ötən il şirkətin “Amazon Prime” xidmətindən (illik 119 dollar məbləğində ödəmə müqabilində iki gün ərzində pulsuz çatdırma) istifadə etməyən alıcıları çatdırmanın pulsuz olması üçün mallara 25 dollardan çox sərf etməli idilər. Lakin onlayn-satışlar arasında rəqabətin artdığını nəzərə alan şirkət müştərilərini daha rahat və sürətli imkanlarla təmin etmək və onlara pulsuz çatdırma təklif etmək üçün minimal sifariş prinsipini ləğv etməyə hazırlaşır.

 

ABŞ Milli Pərakəndə Ticarət Federasiyasının proqnozlarına görə, ölkə iqtisadiyyatı inkişaf etdiyinə görə pərakəndə satışların həcmi (avtomobil və benzin satışı, habelə restoran biznesi istisna olmaqla) ötən illə müqayisədə 4,8 faiz artaraq təqribən 720,89 milyard dollar təşkil edəcək. Odur ki, “Amazon” artıq noyabrın 1-dən dekabrın 22-dək sifarişlərin bütün növləri üçün iki gün ərzində pulsuz çatdırma təklif edən “Target” kimi ən ciddi rəqiblərini qabaqlamağa çalışır.

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

© Azərtac

8 Noyabr 2018 , 11:53   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin