Dünya şöhrətli ifaçı azərbaycanlı dizaynerin kolleksiyasından geyindi

Dünya şöhrətli ifaçı Beyons azərbaycanlı dizayner Rüfət İsmayılın kolleksiyasına müraciət edib.

 

Bu barədə Rüfət İsmayıl özü sosial media hesabında məlumat verib. “Beyonsu 2019-cu ilin dəbli idman geyimində görmək məni həyəcanlandırdı”, - deyə Rüfət İsmayıl şəxsi “İnstagram” səhifəsində yazıb.

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

Qeyd edək ki, Rüfət İsmayıl “Affair” brendinin yaradıcısıdır. Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir. Dizaynerin kolleksiyalarından birinin dünya moda sənayesinin əsas mərkəzi – “Pitti Uomo”da təqdim edilməsi onun beynəlxalq miqyasda istedadlı bir insan kimi tanınmasının göstəricisidir. Türkiyə Moda Dizaynerləri Assosiasiyası azərbaycanlı modelyer Rüfət İsmayılı “Türkiyənin ən yaxşı dizayneri-2018” mükafatına layiq görüb. Önun geyimləri Nyu-York Moda Həftəsində nümayiş olunub.

 

8 Noyabr 2018 , 12:18   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin