Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qızıl biznesi üçün vergi qaydası dəyişir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızıl biznesi üçün vergi qaydası dəyişir

Böyük ehtimalla, gələn ildən zərgərlik məmulatlarının satışı fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyici ola bilməyəcəklər. 

 

“Marja” xəbər verir ki, Azərbaycanın Vergi Məcəlləsinə ciddi dəyişikliklər nəzərdə tutulur. Dəyişikliklərdən biri zərgərlik məmulatlarının satışı ilə bağlıdır. Belə ki, 2019-cu ildən zərgərlik məmulatlarının satışını həyata keçirən şəxslərin sadələşmiş verginin ödəyicisi ola bilməməsi təklif olunur.

 

Qeyd edək ki, sadələşdirilmiş vergi dərəcəsinin bütün ölkə üzrə bərabərləşdirilərək 2%-ə endirilməsi nəzərdə tutulur (hazırda Bakıda 4%, regionlarda 2%-dir). 

 

Müşahidələr göstərir ki, hazırda Azərbaycanda qızıl satışı ilə məşğul olanlar rəsmi vergi ödəmirlər. Bakıda “Mərkəzi”, “Moskva” və “Laçın” univermaqları daxil iri ticarət mərkəzlərindən alınan qızıllara görə çek təqdim edilmir. Qızıl satıcılarının kassa aparatları belə yoxdur. Vergilər Nazirliyi digər bir çox sahələrdə fəaliyyət göstərən, ayda 10 min manatadək dövriyyəsi olan fiziki və hüquqi şəxslərdən haqq-hesab tələb edərkən, univermaqlardakı və ticarət mərkzələrindəki qızıl ticarətçilərinə bir söz deyilmir. Bu, ədalətsizlikdir.

 

Ümumiyyətlə, ticarət mərkəzlərində qızıl, tikinti materialları, geyim satışı ilə məşğul olanların dövriyyələrinin uçotu düzgün aparılmır. Bu yerlərdən toplanılan haqq və vergi qanunvericiliyin tələbinə uyğun ola bilməz. İslahatlar çərçivəsində, ədalət naminə, bu sahələrdə də vergi nizam-intizamı təmin olunmalıdır.

   

İndiyədək sadələşdirilmiş vergi ödəyicisi olmaq üçün illik dövriyyənin 200 min manatı keçməməsi kifayət edir. Gələn ildən isə bu dövriyyə tələbi qalmaq şərtilə əlavə və daha ciddi məhdudiyyətlər tətbiq olunacaq.

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

Dəyişikliklərə görə, aşağıdakı şəxslər 2019-cu ildən sadələşmiş verginin ödəyicisi ola bilməyəcəklər:

 

- işçi sayı 5 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;

 

- topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;

 

- vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa; xidmətlərin göstərilməsini həyata keçirən şəxslər;

 

 - zərgərlik məmulatlarının satışı fəaliyyəti ilə məşğul olan şəxslər;

 

- xəz-dəri məmulatlarınınsatışını həyata keçirən şəxslər;

 

- lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər.

08.11.2018 12:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ