Yeni aeroportdan ilk İstanbul-Bakı-İstanbul reysi

Yeni İstanbul hava limanından ilk İstanbul-Bakı-İstanbul reysi həyata keçirilib.

 

İstanbul vaxtı ilə saat 09:30-da havaya qalxan təyyarə yerli vaxtla saat 13:25-də Bakıda enib.

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

Uçuş "Boeing-738" təyyarəsi ilə həyata keçirilib, Bakı-İstanbul-Bakı reysinə biletlərin qiyməti 109 avrodur. İstanbuldan Bakıya gələn təyyarəyə biletlərin 90 faizi satılıb.

 

Qeyd edək ki, "İstanbul Hava Limanı"nı oktyabrın 29-da açılıb. Cari il dekabrın 31-i yerli vaxtla saat 00:00-dan İstanbulun Atatürk hava limanından bütün uçuşlar dayandırılacaq və həmin vaxtdan bütün yük və sərnişindaşımaları yeni aeroportdan həyata keçiriləcək. Aeroportun ərazisi 76 kvadratkilometrdir. Tam istifadəyə verildikdən sonra il ərzində 200 milyon sərnişinə xidmət göstəriləcək.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Report

8 Noyabr 2018 , 16:17   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin