Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kartofdan sonra,“Güllü-80” şirkətinə göndərilən kivi də zərərli çıxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kartofdan sonra,“Güllü-80” şirkətinə göndərilən kivi də zərərli çıxdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İran İslam Respublikasından 5 noyabr 2018-ci il tarixli fitosanitar sertifikatla ölkəmizə, “Güllü-80” MMC-nin ünvanına göndərilməsi nəzərdə tutulan 10,4 ton kivi məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən fitosanitar karantin baxışı keçirilərkən, həmin məhsulun zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunmuş və məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilmişdir.

 

Agentlikdən "Marja"ya daxil olmuş məlumata görə, qeyd olunan məhsuldan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən Tut qalxanlı yastıcası- (Pseudolaspis pentagona) aşkar edilmişdir.

 

"Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə uyğun olaraq idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə idxal olunmasının və yayılmasının qarşısının alınması məqsədilə müvafiq fitosanitar tədbirlər həyata keçirilir.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Qeyd edək ki, tut qalxanlı yastıcası kivi ilə yanaşı bir sıra dekorativ və meyvə bitkilərinə, o cümlədən tut, şaftalı, ərik, gilas, qoz, badam, alma, armud və digər ağaclara ziyan vura bilir. Zərərverici əkin və calaq materialları, meyvələr, yarpaqlar, qablaşdırılmış materiallar, nəqliyyat vasitələri, bir yerdən başqa yerə daşınan odun, çör-çöp ilə, heyvanlarla, küləklə, suvarma kanalları və digər vasitələrlə yayıla bilir",- Agentliyin məlumatında deyilir.

 

Bundan əvvəl, bir neçə dəfə, Qida Təhlükəsizli Agentliyi “Güllü-80” MMC-nin ünvanına göndərillən kartofları da geri qaytarmışdı.

 

 "İran İslam Respublikasından fitosanitar sertifikatla ixrac olunan və “Güllü-80” MMC-nin ünvanına göndərilməsi nəzərdə tutulan kartof məhsuluna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri tərəfindən baxış keçirilərkən həmin məhsulda zərərli orqanizm olduğu aşkar edilib. Aşkar edilmiş karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, Biləsuvar gömrük idarəsinin “Qoşa Təpə” gömrük postunda saxlanılan 67A995-10/67AA96-10 Dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan 24700 kq kartof məhsulunun İran İslam Respublikasına qaytarılması üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib", Agentlik 3 Sentyabr 2018-ci il tarixində yaydığı açıqlamasında bildirmişdi..

 

“Güllü-80” MMC-nin rəhbəri Gülnarə Abdullayeva, "Ola bilər 24 ton məhsulun içərisində 1-2 çuval istifadəyə yararsız məhsul olsun, amma bütünlükdə məhsulun yararsız və ya zərərli olması mümkün deyil",- açıqlamasında bildirmişdi.

08.11.2018 13:18

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ