Tikinti materiallarının istehsalında artım
Cari ilin yanvar ayında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri ötən ilin analoji ayı ilə müqayisədə 2,4 dəfə artaraq 28,8 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sementin istehsalı 40%, betondan yığma tikinti konstruksiyaların istehsalı 12,4 dəfə, tikinti əhənginin istehsalı 2,3 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 4,1 dəfə artıb.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar ayında 43,7 mln. manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesində 35,2%-lik, hazır metal məmulatlarının istehsalı sahəsində isə 27,3%-lik artım müşahidə olunub. Yanvar ayı ərzində sahə üzrə 9,4 min ton (15,5 dəfə çox) polad borular, 34,3 min ton (19,2% çox) polad tökmə, 43,3 ton (8,8 dəfə çox) alüminium çubuqlar, millər və profillər istehsal edilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
11 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
14 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
14 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 17 saat əvvəl
- 18 saat əvvəl