Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Fed faiz qərarını açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed faiz qərarını açıqlayıb

ABŞ Mərkəzi Bankının (Fed) Noyabr iclası başa çatdı. İqtisadçıların gözlədiyi kimi, Fed faiz dərəcəsini  dəyişmədi.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Fed faizləri 2,00%-2,25% aralığında sabit saxlayıb, ancaq faizlərin artırılmasının mərhələli davam edəcəyinin siqnallarını verib.
 

Fed-in, ABŞ-ın iqtisadiyyatının və əmək bazarının güclü olduğuna dair açıqlaması Dekabr ayında faiz artırılacağı gözləntisini gücləndirib.
 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) Noyabr iclasının qərar mətnində, iqtisadi fəaliyyətin güclü bir şəkildə davam etdiyi, risklərin tarazlı vəziyyətdə olduğu, işsizlik nisbətinin azaldığı və inflyasiya hədəfinin çox az miqdarda dəyişdiyi bildirilib.

 

Güclü iqtisadi artım, yüksək gömrük tarifləri və artan maaşlar inflyasiyanı dəstəkləyir. 
 

Federal Açıq BAZAR Komitəsinin (FOMC), Vaşinqtonda keçirdiyi iki gün davam edən toplantıdan sonra verdiyi açıqlamada, "iqtisadi fəaliyyətin güclü bir nisbətdə artmaqda olduğunu" və məşğulluq artımlarının "güclü olduğunu" qeyd edib və düşən işsizlik nisbətinə diqqət çəkib. Digər tərəfdən, Fed, "daha mərhələli" faiz artıracağı sözünü təkrarlayıb.
 

FOMC açıqlamasında, risklərin "demək olar ki, balanslı" göründüyünü qeyd edib və beləliklə Sentyabr iclasında istifadə etdiyi dili dəyişdirməyib. 
 

Fed rəsmiləri, Dekabr ayındakı iclasda 2018-ci ilini dördüncü faiz artırımı üçün açıq qapı buraxıb.Fed 2018-ci ildə artıq 3 dəfə faiz artırıb.

08.11.2018 20:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ