Neft daha da ucuzlaşdı - 20 FAİZƏ YAXINLAŞDI

Neft qiymətləri düşməkdə davam edir.

 

"Marja" xəbər verir ki, Brent markalı neft 2,2% də ucuzlaşaraq 70,52 dolları, ABŞ xam neftinin qiyməti isə 2,1% düşərək 60,40 dolları görüb (Bakı vaxtı ilə 06:50-yə olan məlumat).

 

Ötən ayın əvvəlindən bəri Brent nefti təxminən 19 faiz ucuzlaşıb. Brent neftinin qiyməti Oktyabrın 3-də 86 dolları keçmişdi.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

İranın neft ixracına daha sərt sanksiyanın tətbiq edilməməsi (8 ölkəyə İrandan neft almağa möhlət verilib), ABŞ-da neft hasilatının və ehtiyyatlarının artması, ABŞ və Çİn arasında ticarət münaqişəsinin qlobal iqtisadi artımı ləngidəcəyi və bunun nəticəsində neftə təlabatın azalacağının gözlənilməsi qiymətlərin aşağı düşməsilə nəticələnir.

9 Noyabr 2018 , 06:58   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin