"Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatını azaltmalıdır"

İranın Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili, Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatını artırdıqlarını və bunun nəticəsində neftin qiymətinin 15 dollar düşdüyünü bildirib.
 
 
İran Neft Nazirliyinin tabeliyindəki SHANA xəbər agentliyinə görə, Hüseyn Kazımpur Ərdəbili, "Neft hasilatının artması sözügedən məhsulun qiymətinin düşməsinə səbəb oldu. Bu vəziyyət digər istehsalçılara zərər verir. Səudiyyə Ərəbistanı və Rusiya neft istehsal həcmlərini aşağı salmalıdır" deyib.
 

Ərdəbili, hər iki ölkənin gündəlik bir milyon barel neft hasilatını aşağı salması lazım olduğunu sözlərinə əlavə edib.
 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

"ESAI Energy"nin hesabatına görə, İranın Avropadakı yerini bu aydan etibarən Rusiya tutacaq. Rusiya, Avropa neft şirkətlərinin İrandan idxalı dayandırması ilə Avropa Birliyi ölkələrinə neft ixracını artırmaq fürsəti qazanıb. Sanksiyalar səbəbindən İranın neft ixracında itirdiyi payı Avropada Rusiya, Asiyada isə Səudiyyə Ərəbistanının alacağı gözlənilir.

 

Əlavə edək ki, Oktyabrın 3-də 86 dolları keçən Brent neftinin qiməti bu gün 70 dollar səviyyəsinə düşüb.

9 Noyabr 2018 , 07:08   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin