"Qlobal iqtisadi artım yavaşlayacaq"

Qlobl iqtisadi artım proqnozu 3,3%-dən 2,9%-ə endirildi


 

Beynəlxalq kredit reytinqi agentliyi Moody's, qlobal inkişafın qarşıdakı dövrdə likvidliyin azaldılması və artan ticarət gərginlikləri ilə ləngiməsinin gözləndiyini bildirib.
 

"Marja" xəbər verir ki, Moody's tərəfindən verilən açıqlamada, 2019-cu və 2020-ci illərdə qlobal iqtisadi inkişafın daha əvvəl ehtimal edilən səviyyədən aşağı - 2,9% və ya daha aşağı təşkil edəcəyini gözlənildiyini bildirilib.
 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Bundan əvvəl 2019-2020-ci illərə dair qlobal iqtisadi artımın 3,3 faiz səviyyəsində reallaşacağı gözlənirdi.
 

Açıqlamada, qlobal ticarətdəki ləngimənin və artan ticarət gərginliklərinin qarşıdakı dövrdə yalnız ABŞ və Çinə deyil, Yaponiya, Cənubi Koreya və Almaniya kimi digər iqtisadiyyatlara da mənfi  təsir etməsinin gözlənildiyi bildirilib.
 

ABŞ və Çin arasındakı ticarət və geosiyasi gərginliklərin bir müddət davam etməsinin gözlənildiyi bildirilən açıqlamada, bunun qlobal ticarət axınının və tədarük zəncirinin yenidən formalaşmasına səbəb ola biləcəyi qeyd edilib.
 

Moody's-in sədr müavini Madhavi Bokil, "2019-cu ildə inkişaf etmiş iqtisadiyyatlarda artım yavaşlayacaq. Digər tərəfdən, G20 içərisindəki inkişaf etməkdə olan iqtisadiyyatlar zəifliyini davam etdirəcək. ABŞ-da maliyyə təşviqinin azalması, monetar proqramların başa çatması və daha sərt ticarət tədbirləri iqtisadi inkişafı azaldacaq. Avro Bölgəsinin iqtisadi inkişafı mülayim bir hal alacaq",- deyib.

9 Noyabr 2018 , 08:33   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin