“İnci” şirkəti Bayraq gününə maraqlı video fləşmob hazırlayıb - VİDEO

(®) “İnci Group of Companies” MMC Bayraq günü münasibəti ilə “Bayrağımız hər yerdə!” adlı video fləşmob hazırlayıb. 

 

Azərbaycan Bayrağı asılmış yük avtomobilləri Bakı şəhərinin mərkəzi küçələri ilə hərəkət ediblər.

 

Yürüşün keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına uyğun olaraq müstəqil Azərbaycanın keçdiyi tarixi yolda qazandığı dəyərlərin, dövlət bayrağının, onun milli simvollarının, eyni zamanda azərbaycançılıq, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliğidir.

 

 Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üç rəngli bayrağımız ilk dəfə 1990-cı il noyabr ayının 17-də məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunub, bir qədər sonra, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi bayrağı elan edilib.

 

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də "Dövlət Bayrağı Günü"nün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, hər il noyabr ayının 9-u ölkəmizdə "Dövlət Bayrağı Günü" kimi qeyd olunur. 

 

Qeyd edək ki, “Inci Group of Companies” MMC fəaliyyətə 1995-ci ildə satış şirkəti kimi başlayıb. Şirkətin brendləri olan “Oyal Plus”, “Assis”, “Quicks”, “Cassa”, “Frauzen”, “Zyklen” və digər tanınmış brendlərinin ofis və məktəb ləvazimatları, mətbəx və ev əşyaları, elektron əşyalar, idman məhsulları, uşaq oyuncaqları, kitabları və digər məhsulları “Ofisait” mağazaları ilə yanaşı ölkəmizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündür.

9 Noyabr 2018 , 09:11   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin