Rusiyanın xarici ticarət artıqlığı 150 milyard dollara çatıb

Rusiyanın xarici ticarət artıqlığı (profisiti), bu ilin ilk 9 ayında 2017-nin müvafiq dövrü ilə müqayisədə 63 faiz artaraq 150 milyard dollara yüksəlib.


 
"Marja" xəbər verir ki, Rusiya Federal Gömrük Xidmətinin (FTS) məlumatlarına görə, ölkənin ixracı, bu ilin yanvar-sentyabr dövründə 2017-nin eyni dövrü ilə müqayisədə 27,8 faiz artaraq 327 milyard dollar, idxalı da 8%-lik artımla 177 milyard dollar təşkil edib.


 
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Rusiyanın ümumi ticarət dövriyyəsi isə yanvar-sentyabr dövründə 2017-ci ilin eyni dövrü müqayisədə 20,1%-lik artımla 504 milyard dollara yüksəlib. Həmin dövrdə xarici ticarət artıqlığı (profisiti) da 63% artımla 150 milyard dollar olub.


 
İlk 9 ayda Rusiyanın ən böyük ticarət ortağı Çin olub. Ölkənin Çin ilə ticarət həcmi əvvəlki ilə nisbətən 27,8 faiz artaraq 78,8 milyard dollara çatıb.

9 Noyabr 2018 , 09:31   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin