"Növbəti nümayəndəliyimiz İmişlidə açılacaq"

“Qala Sığorta” şirkəti satış nöqtələrinin sayını artırmağı planlaşdırır. Bunu şirkətin İdarə Heyəti sədrinin müavini Taleh Yunsurov deyib.

 

"Bizim inkişaf proqramımızda bütün ölkə ərazisində nümayəndəliklərin açılması nəzərdə tutulub. İlk növbədə, qanunvericiliyin tələblərinə uyğun olaraq biz bütün iqtisadi regionlarımızın rayon mərkəzlərində ofislərimizi açmağa qərar vermişik. 2018-ci ildə biz Lənkəran, Gəncə, Tovuz və Sumqayıtda ofislər açdıq. Növbəti nümayəndəliyimiz İmişlidə açılacaq", - deyə T.Yunsurov bu gün jurnalistlərə bildirib.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

O əlavə edib ki, 2019-cu ildə “Qala Sığorta” Azərbaycanın digər şəhərlərində də ofislər açmağı planlaşdırır. "Ölkə əhalisi üçün sığorta xidmətlərinin əlçatanlığını təmin etmək bizim prioritetimizdir", - deyə müavin vurğulayıb.

 

T.Yunsurov qeyd edib ki, “Qala Sığorta” filial şəbəkəsini genişləndirməklə yanaşı, sığorta məhsullarının siyahısını da genişləndirməyi planlaşdırır. "Həyat sığortası sahəsində xidmət göstərən “Qala-life”ın mövcudluğu sayəsində biz xidmətlərimizlə kombinasiya edilmiş sığorta məhsulları yaratmaq imkanına malikik. Bu, fəaliyyətimizin istiqamətlərindən biridir. Təkcə bizim şirkətimizə gəlincə, bizdə 23 adda sığorta məhsulları var və strateji planlarımıza əsasən, ən yaxın illərdə onların sayını 30-a çatdırmaq niyyətindəyik", - deyə o bildirib.

 

Xəbər verildiyi kimi, 2015-ci il sentyabrın 30-da “AzReTəkrarsığorta” şirkəti “Chartis Azerbaijan” sığorta şirkətinin 100%-lik səhminin 6,5 mln.-dollara alınmasına dair sövdələşməni başa çatdırıb. Bununla əlaqədar “Chartis Azerbaijan” şirkətinin adı dəyişdirilərək “Qala Sığorta” adlandırılıb. Şirkətin nizamnamə kapitalı 8 mln. 50 manatdır.

 

2018-ci ilin 9 ayı ərzində “Qala Sığorta” şirkətinin sığorta haqları 11 mln. 651,6 min manat, ödənişləri 1 mln. 389,5 min manat məbləğində olub.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© İnterfaks-Azərbaycan

9 Noyabr 2018 , 11:15   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin