“Azərpoçt”un sərgidə iştirakı 400 min manata başa gələcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC “Bakutel-2018” beynəlxalq sərgi-konfransında iştirak etmək üçün Baku Ekspo Mərkəzində xüsusi dizayna uyğun olaraq stendin hazırlanması, müxtəlif reklam işlərinin görülməsi, stendin montajı, videovall monitorlarının, işıqlandırma və səsləndirmə sisteminin quraşdırılması, sərgidən sonra stendlərin demontajı və daşınması xidmətinə 399 min 350 manat ödəyəcək.

 

Dövlət müəssisəsinin bununla bağlı elan etdiyi açıq tenderin qalibi “Great Trade” MMC olub.

 

Vergilər Nazirliyinin məlumatına görə, qalib şirkət ötən il dekabrın 4-də yaradılıb. 

 

ONLAYN KREDİT SİFARİŞİ 3% ENDİRİMLƏ

 

© Report

9 Noyabr 2018 , 12:33   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin