Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bankomat vasitəsi ilə pul göndərmək və pul almaq imkanı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankomat vasitəsi ilə pul göndərmək və pul almaq imkanı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Expressbank-ın innovativ xidmətləri sayəsində müştərilər ATM vasitəsi ilə pul göndərib pul ala bilirlər. Üstəlik günün istənilən vaxtı, tez və rahat şəkildə. 

 

Belə ki, “Cash by Code” xidməti vasitəsilə bank kartı sahibləri kartı olmayan şəxslərə də pul göndərə bilərlər. Bunun üçün kartı bankomata daxil etdikdən sonra Xidmətlər bölümündə müvafiq “Cash by Code” xidmətini seçmək, pul alacaq şəxsin mobil telefon nömrəsini və ona göndəriləcək məbləği qeyd etmək lazımdır. Əməliyyat sona çatdıqdan sonra pul göndərən şəxsə üzərində 5 rəqəmli şifrə qeyd olunan qəbz verilir, pulu alacaq şəxs isə mobil nömrəsinə 5 rəqəmli şifrə qeyd olunan SMS alır. Qəbzdə olan şifrəni pul alacaq şəxsə bildirmək gərəkdir. Pul alacaq şəxs istənilən Expressbank ATM-nə yaxınlaşaraq pul göndərən şəxs tərəfindən ona təqdim olunmuş və SMS-ilə ona göndərilmiş şifrələri birgə daxil edərək heç bir komissiya ödəmən vəsaiti ala bilər.

 

Expressbank-ın kart sahibləri üçün pul göndərən zaman “Cash by Code” xidməti üzrə komissiya cəmi 1% (min. 1 AZN/1 USD/1 EUR/1 GBP) təşkil edir. Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. 

 

Daha ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

  

20.02.2017 09:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ