Pirallahıda uşaq bezləri istehsal ediləcək - YENİ ZAVOD

2019-cu ilin dördüncü rübündə "İFFA" şirkətinin yeni uşaq bezi istehsalı zavodu istifadəyə veriləcək. "Marja" xəbər verir ki, şirkət, oktyabrın 8-də Pirallahı Sənaye Parkının rezidenti statusunu alıb.

 

Zavodun tikintisi üçün Pirallahı Sənaye Parkında 3 hektar ərazi ayrılıb.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Müəssisənin gücü (ildə 220 milyon bez) ölkənin bu məhsula olan ehtiyaclarının üçdə birini təmin edəcək. 

 

Yeni istehsal sahəsində 45 nəfər işləyəcək.

 

Qeyd edək ki, “İFFA” şirkəti “Leylək” uşaq bezlərinin istehsalçısıdır.

 

Hazırda Pirallahı Sənaye Parkının 4 rezidenti var: "İFFA" MMC, "R-Pharm" MMC,"Diamed Co" MMC və “Caspian Pharmed” MMC.

9 Noyabr 2018 , 12:50   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin