Brent nefti Apreldən bəri ilk dəfə 70 dollardan aşağı düşdü

Brent neftinin qiyməti Apreldən bəri ilk dəfə 70 dollardan aşağı düşdü


 

Neft "ayı bazarı"na daxil olduqdan ucuzlaşamqda davam edir.

 

"Marja" xəbər verir ki, Brent markalı neft 1,1% də ucuzlaşaraq 69,82 dolları, ABŞ xam neftinin qiyməti isə 1,3% düşərək 59,91 dolları görüb (Bakı vaxtı ilə 14:30-a olan məlumat).

 

Brent nefti bu ilin Aprel ayından, ABŞ xam nefti isə Mart ayından bu yana ilk dəfə bu qiymətlərə düşüb.

 

Ötən ayın əvvəlindən bəri Brent nefti təxminən 20 faiz ucuzlaşaraq "ayı bazarına" girib. Brent neftinin qiyməti Oktyabrın 3-də 86 dolları keçmişdi.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

İranın neft ixracına daha sərt sanksiyanın tətbiq edilməməsi (8 ölkəyə İrandan neft almağa möhlət verilib), ABŞ-da neft hasilatının və ehtiyyatlarının artması, ABŞ və Çİn arasında ticarət münaqişəsinin qlobal iqtisadi artımı ləngidəcəyi və bunun nəticəsində neftə təlabatın azalacağının gözlənilməsi qiymətlərin aşağı düşməsilə nəticələnir.

 

Qiymətin ən yüksək səviyyədən azı 20% düşməsinə "ayı bazarı" deyilir.

 

"Ayı bazarı" ifadəsi, əsasən bazarların bədbin vəziyyətdə olduğu, qiymətlərin uzun bir müddət azalma trendində olduğu hallarda istifadə edilir. Bir məhsulun "ayı bazarı"na girdiyini söyləmək üçün qiymətin əvvəlki yüksək səviyyəsindən azı 20% aşağı düşməsi lazımdır.

9 Noyabr 2018 , 14:16   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin