Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu günün hava proqnozu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu günün hava proqnozu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkə ərazisində noyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacaq. 

 

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10°, gündüz 12-15° isti təşkil edəcək.

 

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq.

 

Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 10-15° isti təşkil edəcəyi ehtimal olunur.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

 

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti təşkil edəcəyi gözlənilir.

 

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti təşkil edəcək.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir.

 

Gündüz ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcəyi ehtimal olunur.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir.

 

Gündüz bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 12-17° isti təşkil edəcəyi gözlənilir.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 13-16° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-13° isti təşkil edəcək.

12.11.2018 06:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ