Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Kartof "yoxa çıxmayıb", hazırda gömrükdədir" - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kartof "yoxa çıxmayıb", hazırda gömrükdədir" - AÇIQLAMA

Noyabrın 10-da bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatda Gürcüstandan idxal edilən 26042 kq kartofun tərkibində zərərli orqanizmlərin aşkarlandığı, bu ölkənin Maliyyə Nazirliyinə istinadən ölkəmizin müvafiq qurumlarının məhsulun geri qaytarılmasına qərar verdiyi bildirilir, lakin kartofun geri qaytarılmadığı və guya "yoxa çıxdığına" eyham vurulur.

 

Reklam_3_11

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsidən verilən məlumata görə, DGK bildirir ki, Gürcüstanda ölkəmizə idxal olunan kartof yükünə tətbiq edilən gömrük nəzarəti zamanı məhsulda zərərverici orqanizmlərin olmasına dair şübhələr yaranıb.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Buna görə də müvafiq gömrük qurumları Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. Agentliyin məhsuldan götürdüyü nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində kartofda gövdə nematodu aşkar olunub. Müayinələrin nəticəsinə görə məhsulun geri qaytarılmasına qərar verilib. Lakin gömrük orqanlarından asılı olmayan səbəblər üzündən-bayram və istirahət günləri ilə əlaqədar məhsulu idxal edən şirkətin bank əməliyyatlarında sənədləşmə işləri yubandığından və malın təkrar ixracı üçün lazım olan müvafiq sənədləri gömrük orqanlarına təqdim edə bilmədiyindən məhsulun geri göndərilməsi gecikib.

 

Dövlət Gömrük Komitəsi bildirir ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərkibində gövdə nematodu aşkarlanan 26042 kq kartof hazırda gömrük nəzarəti altındadır və sərbəst dövriyyəyə buraxılmayıb. Qısa zaman ərzində müvafiq sənədləşmə işləri başa çatdırılaraq məhsulun geri göndərilməsi təmin olunacaq.

 

Bundan əvvəl AQTA Gürcüstandan Azərbaycana gətirilən 26 ton zərərli kartofu geri qaytardığı bildirilib.

11.11.2018 15:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ