Ən yuxarı statik reklam-3_3

Kapital Bank-ın yenilənmiş Qubadlı filialı istifadəyə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank-ın yenilənmiş Qubadlı filialı istifadəyə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Qubadlı filialının yenilənmiş ofisini istifadəyə verib.

 

Yeni konsepsiya əsasında təmir edilən filial Sumqayıt şəhəri, H. Əliyev prospekti 11/38, sahə 7 (17-ci məhəllə) ünvanında yerləşir. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

 

Kapital Bank-ın yeni konsepsiya əsasında təmir edilən Qubadlı filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

 

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Buzovna şöbəsi fəaliyyətə başlayıb, Həzi Aslanov filialı yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir.

20.02.2017 09:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ