Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Eldar Mahmudovun oğlu maliyyə şirkəti açıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Eldar Mahmudovun oğlu maliyyə şirkəti açıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Anar Mahmudovun  Böyük Britaniyada "MEA Capital Limited" adlı maliyyə şirkəti açdığı bildirilir. Bu barədə Britaniya mənbələri məlumat yayıblar.

 

Reklam_3_11

Anar Mahmudov, Azərbaycanın korrupsiyaya ən çox bulaşmış məmurlarından biri, mütəşəkkil cinayətkar qruplaşmanın başçısı, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu, həm də Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin kürəkənidir.

 

Məlumata görə, Anar Mahmudovun şirkəti Londonda bu ilin 11 oktyabrında qeydə alınıb və ona 11618237 nömrəli müvafiq sertifikat verilib.

 

Şirkətin adındakı MEA abreviaturası simvoliki məna daşıyır və korrupsiyaçı qəbilənin liderlərinin inisiallarlarını əks etdirir – Mahmudov Eldar və Anar. Pul vəsaitləri, hansı ki, Eldar Mahmudovun əlinin altında olan paqonlu quldurlar tərəfindən Azərbaycan biznesmenlərindən zor və şantajla qoparılıb, əsasən bu şirkətdə cəmləşib.

 

Britaniya mənbələrinin xəbərinə görə, "MEA Capital Limited" şirkətinin yaradılması üçün Anar Mahmudovun qayınatası Cahangir Hacıyevin rəhbəri olduğu və soyub-taladığı Azərbaycan Beynəlxalq Bankının vəsaitlərindən də istifadə olunub.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Anar Mahmudovun şirkəti Londonun dəbdəbəli rayonunda, Temza sahillərindəki mülklərdən birində qeydiyyata götürülüb.

 

Xatırladaq ki, Anar Mahmudovun qayınanası Zamirə Hacıyev Britaniya polisi tərəfindən böyük məblğdə pulların yuyulması və mənimsənməsi ittihamı üzrə saxlanmışdı. Hazırda Z.Hacıyeva 500 min funt sterlinq girov müqabilində azadlığa buraxılıb.

 

Onu da qeyd edək ki, Azərbaycana ekstradisiya məsələsinə baxılana - gələn ilin iyun ayına qədər Zamirə Hacıyeva ev dustaqlığında olacaq. O, elektron bilərzik taxmalı, axşam və gecə saatlarında evini tərk etməməli, eyni zamanda hər gün polis məntəqəsində qeydiyyatdan keçməlidir. Həmçinin onun M25 trasının hüdudlarını tərk etməyə ixtiyarı yoxdur. Bundan əlavə, Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

© Virtualaz

12.11.2018 05:45

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ