Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bu həftə önəmli məlumatlar yayımlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu həftə önəmli məlumatlar yayımlanacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu həftə yayımlanacaq ABŞ və Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatları investorların diqqət mərkəzində olacaqdır.


 

Reklam_3_11

EUR

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.13$-a ticarət edilməkdədir və 1.14$-ın altında qaldıqca, 1.12$-a kimi da ucuzlaşa biləcəyi proqnozları aktual olaraq qalır. Amerika Mərkəzi Bankının (FED) faiz artımı siyasəti və Avrozonada mövcud olan iqtisadi və siyasi risklər, avronun qiymətinə təzyiq edən əsas amillərdir.

 

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 14:00, çərşənbə günü saat 14:00 və cümə günü saat 14:00-da müvafiq olaraq açıqlanacaq Avrozonanın gələcək iqtisadi gözləntilərinə, ABŞ və Avrozonada inflyasiyaya dair önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.

 

GBP

 

GBP/USD məzənnəsi 1.29$-a ticarət edilməkdədir. Burada da qiymətin 1.28$-a kimi ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır. İngiltərə höküməti daxilində Breksit mövzusu fonunda parçalanma, ölkədə iqtisadi qeyri-müəyyənliyin artmasına və beləliklə, ölkə valyutasına da mənfi təsir edir.

 

Funtun gələcək qiymətinə çərşənbə günü saat 13:30-da yayımlanacaq inflyasiya ilə bağlı önəmli statistik göstəricilərin də təsir edəcəyi gözlənilir.  

 

TRY

 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 5.47TL-yə ticarət edilir və 5.54TL-ni də yuxarı istiqamətdə qırarsa, artım dalğası 5.65TL-yə kimi də sürətlənə bilər.

 

OIL

 

Avropanın Brent markalı neftinin bir barel qiyməti 73$-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, yenidən 69$-a kimi də ucuzlaşa bilər.

 

Bu həftənin cümə axşamı saat 20:00-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


 

GOLD

 

Əlvan metallar bazarlarında 1209$-a (38.9 $/qram) kimi ucuzlaşan qızılın qiyməti, 1206$-ı (38.8 $/qram) da aşağı istiqamətdə qırarsa, 1192$-a (38.3 $/qram) kimi də ucuzlaşa bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

12.11.2018 06:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ