Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Vladimir Putin Türkiyəyə səfər edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vladimir Putin Türkiyəyə səfər edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Prezidenti Vladimir Putin “Türk axını” təbii qaz boru kəmərinin (“TurkStream”) Türkiyə hissəsinin başa çatması münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün Türkiyəyə səfər edəcək.

 

Bu barədə Rusiya dövləti başçısının köməkçisi Yuri Uşakov deyib.

 

O bildirib ki, V.Putin “Türk axını” boru kəmərinin Türkiyə sularından keçən hissənin başa çatması ilə əlaqədar noyabrın 19-da İstanbulda keçiriləcək tədbirdə iştirak edəcək.

 

Qeyd edək ki, “Türk axını” ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin dəyəri 7 milyard ABŞ dolları qiymətləndirilir.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

“Türk axını” boru kəmərinin qoşa xətti üzrə ümumilikdə 1775 kilometr boru döşənib. İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində isə təbii qaz qəbulu terminalının inşası davam edir. Qoşa xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. “Türk axını”nın gələn ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır. Ümumi uzunluğu 1100 kilometr olacaq boru kəmərinin dənizdən keçən hissəsi 930 kilometrdir. “Türk axını”nın dəniz borularını “Pioneering Spirit” gəmisi düzür.

 

Boru kəmərinin əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. Yeni Urenqoydakı 12 trilyon kubmetrlik təbii qaz ehtiyatı “Gazprom”un yataqlarındakı ümumi ehtiyatın 70 faizini təşkil edir. “Gazprom” cari ildə “Türk axını” layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Azərtac

12.11.2018 09:24

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ