Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yasamalda binalar və məktəbin tikintisi üçün podratçılar seçilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yasamalda binalar və məktəbin tikintisi üçün podratçılar seçilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Bakının Yasamal rayonunda çoxmənzilli yaşayış kompleksinin tikintisi çərçivəsində podratçılar seçir.

 

Bu barədə cəmiyyətin elanında deyilir.

 

Seçim açıq tender metodu ilə 7 lot üzrə həyata keçirilir.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Tenderin şərtlərinə görə, görüləcək işlərin həcminə 1 nömrəli 9 mərtəbəli 2 bloklu, 2 nömrəli 9 mərtəbəli 2 bloklu və 3 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi (lot 1), 4 nömrəli 9 mərtəbəli 2 bloklu, 5 nömrəli 9 mərtəbəli 2 bloklu və 6 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi (lot 2), 17, 18, 19 və 20 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının və 100 yerlik uşaq bağçasının tikintisi (lot 3), 1200 şagird yerlik tam orta məktəb binasının tikintisi və avadanlıqlarla təchiz edilməsi (lot 4), 21 nömrəli 12 mərtəbəli 1 bloklu, 22 nömrəli 9 mərtəbəli 2 bloklu və 23 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi (lot 5), 24 nömrəli 12 mərtəbəli 1 bloklu, 25 nömrəli 9 mərtəbəli 2 bloklu və 26 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi (lot 6), Ərazinin şaquli planlaşdırılması, yollar, səkilər və velosiped yollarının çəkilməsi (lot 7) daxildir.

 

Tenderdə iştirak haqqı 1, 2, 3, 4, 5, 6-cı lotlar üzrə 900 manat, 7-ci lot üzrə 800 manatdır.

 

Tender təklifləri 2018-ci il dekabrın 20-dək qəbul olunur. Tender proseduru dekabrın 21-də baş tutacaq.

 

Xəbər verildiyi kimi, 2016-cı il dekabrın 24-də Yasamal rayonu ərazisində yeni yaşayış kompleksinin təməli qoyulub.

 

Ümumi sahəsi 15 hektar olan kompleks 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Onların 17-si ikibloklu 9 mərtəbəli bina, 12-si isə birbloklu 12 mərtəbəli bina olacaq.

 

Bundan əlavə, kompleksin ərazisində 1200 yerlik orta ümumtəhsil məktəbi və uşaq bağçası da tikiləcək.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© İnterfaks-Azərbaycan 

12.11.2018 09:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ