Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Geri qaytarılan yük avtomobillərinin sayı 81-dən 36-ya enib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Geri qaytarılan yük avtomobillərinin sayı 81-dən 36-ya enib

“Ötən 4 ay ərzində Azərbaycanın meyvə və tərəvəz sahəsində ixrac potensialı 20 faizə yaxın artıb. Keçən ilin müvafiq dövründə meyvə və tərəvəz məhsullarının tərkibindəki göstəricilərə görə 81 nəqliyyat vasitəsi geri qaytarılmışdısa, bu ilin müvafiq dövründə onların sayı 36-ya enib”.

 

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

 

O qeyd edib ki, qida məhsulları idxal edən şirkətlərlə yanaşı, ixrac edənlərə də asanlaşdırılmış nəzarət sistemi tətbiq olunacaq: “İxracatçılara da bəyan etdik ki, fəaliyyətləri zamanı ölkədən məhsul ixrac edərkən kimin məhsulun içərisində keyfiyyət göstəricisi beynəlxalq standartlara uyğun olubsa, onlara asan ixrac mexanizmi tədbiq olunacaq. Onların məhsulları daha sadələşdirilmiş formada ekspertizalara cəlb olunacaq. Bu da iş adamlarının məhsularını daha çevik ixrac etməklərinə səbəb olacaq”.

 

Q.Təhməzli eyni zamanda vurğulayıb ki,  Azərbaycanın fındıq məhsullarını daşıyan bir dənə də nəqliyyat vasitəsi Avropa ölkələrindən geri qaytarılmayıb: “Hazırda Almaniyada bir nəqliyyat vasitəmiz ekspertizaya cəlb olunub. O da geri qayıtmayıb. Bu da keçən illərə nisbətən daha müsbət yöndə olan dəyişiklikdir”. 

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

© Report

12.11.2018 14:27

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ