Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Azərbaycanda yağ bazarı çox "çirklənib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanda yağ bazarı çox "çirklənib"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rəsmi statistikaya əsasən, kərə yağının yerli istehsalı və idxalı Azərbaycanda minimal tələbatı ödəmir.

 

Minimal tələbat

 

Nazirlər Kabinetinin 2014-cü il tarixli qərarı ilə istehlak səbətində kərə yağının adambaşına minimal istehlak həcmi ildə 6,7 kq olmalıdır. 9 mln 705,6 min nəfərin minimal tələbatı 65 min 27 ton təşkil edir.

 

2015-ci ildə ölkəyə 10 min 906 ton yağ idxal edilib, Azərbaycanda 23 min 935 ton yağ istehsal olunub. 2014-cü ildən 2015-ci ilə qalıq 8 min 904 ton – cəmi 43 min 745 ton.    

 

Rəsmi statistikaya görə, Azərbaycan özünü yağla 69,2% təmin edir. 2015-ci ildə idxaldan asılılıq 31,5% olub. Xüsusi qeyd etmək lazımdır ki, belə istehlak təminatı həcmi 43 min 745 ton həcmə əsaslanır. Əgər hökumətin müəyyən etdiyi həcmi götürsək (65 min 27 ton) yerli istehsal tələbatı 36,8% təmin edir.

 

Statistikadan görünür ki, kərə yağının istehsalı və idxalı minimal tələbatı ödəmir. Amma mağazalarda yağ qıtlığı yoxdur. Statistika göstərir ki, hər ilin sonu üçün ölkədə kərə yağı qalığı olur. Səbəb nədir ki, kərə yağı yeməyə üstünlük verən xalq bu məhsula etina etmir?

 

İlk növbədə bunu yağın bahalığı, çoxlarının bitki yağı və əvəzedicilərə keçməsi ilə izah etmək olar. Sovet dövründə bir qayda olaraq kərə yağından istifadə edilirdi. Məsələn, 80-ci illərdə minimal əmək haqqına (70 rubl) 20 kq  (kilosu 3,50),  2014-cü ildə  (105 manat və 1 kq 6,50 manat) - 16 kq, bu gün (116 manat və 1 kq 12,50 manat) – 9,3 kq yağ almaq olur.

 

Neft baha olan illərdə  (2008-2014) rifahın yaxşılaşması ilə bağlı kərə yağı istehlakı artdı. Amma 2015-ci ildən iqtisadi böhran, manatın devalvasiyası və inflyasiyanın artması üzündən kərə yağı istehlakı azalır.

 

Devalvasiya və onun yağ bazarına təsiri

 

2015-ci il yanvarın 1-i üçün (ilk devalvasiya 2015-ci ilin fevralında oldu) ölkədə 1 kq kərə yağı 6,50 manat idi, bir il sonra 10,80 manat. 2017-ci ilin əvvəlində kərə yağı 11,50-12,50 manata bahalanıb.

 

Başqa sözlə, minimum yağla təminat üçün maliyyə imkanı yoxdur.

 

“Boz” yağ bazarı

 

Başqa bir versiyaya görə, yağ bazarının real həcmi daha böyükdür və bir hissəsi boz bazardır. İdxal həcminin aşkar gizlədilməsi 2014-cü ilə kimi olub. Məsələn,  2007-ci ildə idxal 4 min 381 ton, yerli istehsal 14 min 350 ton, 2008-ci ildə idxal 2 min 654 ton, istehsal 13 min 838 ton olub.

 

İdxal həcminin kəskin artımı 2014-cü ildə olub -  21 min 776 ton (yerli istehsal 23 min 445 ton).  

 

Boz bazarın olmasını Rusiyadan idxal məlumatları da göstərir. Məsələn, Dövlətstatkoma görə, 2015-ci ildə  Rusiyadan kərə yağı idxal edilməyib. Şübhəli informasiyadır, çünki piştaxtalarda Rusiya yağı olub. O da maraqlıdır ki, 2016-cı ildə Gömrük Komitəsinin işində şəffaflıq tədbirləri görüləndən sonra yağ idxal eidlən ölkələr sırasına Rusiya, Şri Lanka, Lüksemburq, ABŞ, Malayziya, Uruqvay daxil olub. 2015-ci ildə 15, 2016-cı ildə 22 ölkədən kərə yağı idxal edilib 

 

Yağın qiymətinin formalaşması

 

2016-cı ildə Azərbaycana 28 mln 377.94 min dollar məbləğində 8 min 357.09 ton kərə yağı idxal edilib. 

2016-cı ildə əsas yağ idxalı Yeni Zelandiyadan olub. Bu ölkədən 20 mln  453,33 min dollar məbləğində 6 min 209,9 ton yağ idxal edilib. İkinci yerdə Almaniya (534,2 ton), üçüncü yerdə Finlandiyadır (395,2 ton).

 

Azərbaycan sərhədinə Yeni Zelandiya yağının 1 kq-ı 3,30 dollara çatır.. Bu qiymətə nəqliyyat və sığorta xərcləri daxildir. Gömrükdə sənədləşəndən (15%) sonra yağın kq-ı 3,80 və 18% ƏDV-dən sonra 4,48 dollar olur. Topdansatışçılar 20-30% əlavə edir. Bundan sonra mağazalarda bu yağın qiyməti 5,6 dollara çatır. 

 

Qeyd edək ki, MDB ölkələrindən yağ idxalına gömrük rüsumu tətbiq edilmir.

 

2016-cı ildə kərə yağı idxalı:

Ölkə

Həcm,  ton

Qiymət, min dollar

Yeni Zelandiya

6209.9

20453.33

Almaniya

534.2

2039.03

Finlandiya

395.2

1119

Belarus

390.2

1526.85

Fransa

305.3

1230.05

Ukrayna

150.3

503.2

Litva

127.33

508.4

Çri-Lanka

75.22

294.41

Rusiya

67.43

251.57

Belçika

53.88

242.48

Hollandiya

20

85.07

Estoniya

13

 36.41

Türkiyə

12

67.32

Uruqvay

1.08

6.21

Argentina

0.91

5.35

Böyük Britaniya

0.79

5.8

Danimarka

0.16

0.88

İtaliya

0.09

0.82

Mərakeş

0.05

0.59

Lüksemburq

0.03

0.28

Malayziya

0.02

0.2

ABŞ

0,01

0.03

 

Yağın keyfiyyəti

 

Yağın keyfiyyəti barədə ayrıca danışmaq lazımdır. İstehlakçıların Hüquqlarının Müdafiəsi İB-nin rəhbəri Eyyub Hüseynov bildirir ki, yağın keyfiyyətindən şikayətlər həmişə olub.

 

"Azərbaycanda yağ bazarı çox "çirklənib". Bazarda kərə yağına dəxli olmayan çoxlu yağ var", deyə o bildirib.

 

E.Hüseynov istisna etmir ki, bir sıra istehsalçılar xaricdən yağ gətirib onlara müxtəlif əlavələr edib öz markaları ilə satırlar.

 

«İstisna etmirəm ki, Rusiya, Ukrayna, Belarus yağını belə edirlər», deyə o bildirib.

 

Onun sözlərinə görə, bu məsələni dəfələrlə dövlət strukturları qarşısında qaldırsa da, normal ekspertiza aparıb qiymət verilmir.

 

O, kərə yağının keyfiyyətini yoxlamaq üçün bir sıra sadə üsullar tövsiyə edir. Onun sözlərinə görə, yağı sıxmaq lazımdır, əgər bərkdirsə, kərə yağıdır. Bundan başqa, bıçaq kərə yağını təbəqə ilə kəsir.

 

Ekspertin sözlərinə görə, kərə yağının rəngi ağ, sarı yox, fil sümüyü rəngindədir. Ekspert həmçinin yağı əritməyi təklif edir. Kərə yağı tez əriyir.

 

Ekspertin sözlərinə görə, Yeni Zelandiya yağını saxtalaşdırmaq mümkün deyil, çünki bu ölkə ixrac etdiyi ölkələrdə öz yağlarının keyfiyyətini monitorinq edir.

 

Kərə yağının faydası

 

Ekspertlər normal həcmdə qəbul etdikdə kərə yağının hər bir insan üçün zəruri qida məhsulu olduğunu bildirir. Sağlam adam üçün gündəlik norma 10 q-dır, amma 30 q-dək istifadə etmək olar. Kərə yağında yağ turşuları, zülal, karbohidratlar А, D, Е, РР, В qrupu vitaminləri, dəmir, kalsium, kalium, maqnezimum, fosfor, natrium, mis, sink var. 

 

Kərə yağında olan A vitamini heç bir bitki yağında yoxdur. Əlbəttə, kərə yağını gündə 3 dəfədən çox, böyük həcmdə, krem, buterbrod, yeməklərə əlavə edib  qəbul edəndə qanda xolesterinin miqdarı arta bilər. 

 

TuranİA

20.02.2017 10:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ