Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

1 milyard 300 milyon manat məhv edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
1 milyard 300 milyon manat məhv edilib

Dövriyyədə olan milli pul nişanlarının keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul olunmuş “Tədavüldə təmiz pul siyasəti” davam etdirilmişdir. İl ərzində Mərkəzi Bankda yaradılmış “Əhaliyə xidmət kassaları” vasitəsilə 7.7 milyon manat tədavülə yararsız pul nişanının dəyişdirilməsi və eləcə də tədavüldən qayıtmış pul nişanlarının emal edilməsi təmin edilmiş, tədavülə yararsız 1.4 milyard manat (92 milyon ədəd) həcmində pul nişanı dövriyyədən çıxarılmışdır.

 

Reklam_3_11

Məhvetmə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən 2017-ci il ərzində tədavüldən çıxarılmış yararsız pul nişanlarının məhv edilməsi prosesləri davam etdirilmiş və dövr ərzində 1.3 milyard manat həcmində yararsız pul nişanlarının məhv edilməsi təmin olunmuşdur.

 

“Marja” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) illik hesabatında bildirilir.  

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Hesabatda qeyd edilib ki, Mərkəzi Bank tərəfindən pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili diqqət mərkəzində saxlanılmış, 2017-ci il ərzində 1322 ədəd (30 min 478 manat) saxta pul nişanı tədavüldən çıxarılaraq müvafiq araşdırmaların aparılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilmişdir. Hesabat dövrünün sonuna tədavüldə olan hər 163 000 ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşmüşdür ki, bu da digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (Avrozona üzrə dövriyyədə olan hər 30 000 ədəd kağız pul nişanına 1 ədəd saxta).

12.11.2018 18:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ