Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Neft daha da ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft daha da ucuzlaşdı

Brent neftinin qiyməti yenidən 70 dollardan aşağı düşdü


 

Reklam_3_11

Xəbər verdiyimiz kimi, ABŞ 8 ölkəyə İrandan neft satın almağa icazə verib. Yəni, İranın neft ixracı tamamilə dayanmır, 8 ölkəyə neft satmaqda davam edəcəkdir. Bu, bazarda neft qıtlığı olacağı narahatlığını azaldıb və nəticədə neft qiymətləri yeddi ayın ən aşağı səviyyəsinə düşüb.

 
"Marja" xəbər verir ki, neft qiymətləri ötən aydan bəri isə 20 faizə yaxın düşüb. Brent neftinin qiyməti Oktyabrın 3-də 86 dolları keçmişdi.

 

ABŞ-ın İranın neft satışlarını hədəf alan sanksiyaları rəsmi olaraq  Noyabrın 5-i başladı, ancaq ABŞ-ın xarici işlər naziri Maykl Pompeo, Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyənin bu məhdudiyyətlərdən müvəqqəti istisna olunduqlarını açıqladı. 

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

Həmçinin, ABŞ-da neft hasilatı və ehtiyatları artır.


Digər tərəfdən, Vaşinqton və Pekin arasında ticarət münaqişəsi qlobal artımı ləngidir və neftə təlabatın azalacağı gözlənilir. Yəni, azalan neft istehlakına dair narahatlıqlar da artıb. 

 

Bu gün Brent markalı neft təxminən 1,1% də ucuzlaşaraq 69,40 dolları, ABŞ xam neftinin qiyməti isə 1,8% düşərək 59,14 dolları görüb (Saat 08:50-yə olan məlumat).

13.11.2018 05:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ