Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Qala Həyat”ın icbari və könüllü sığorta növündə artım – Yığımlar 12 milyona çatdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Həyat”ın icbari və könüllü sığorta növündə artım – Yığımlar 12 milyona çatdı

Azərbaycanın həyat sığortası şirkəti “Qala Həyat”  inkişafını davam etdirir.

 

Şirkətdən “Marja”ya verilən məlumata görə, sığorta portfelində icbari (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”) sığorta növünün payı 12% artaraq 6 650 599 manata, həyatın ölüm halından sığortası növünün payı isə 32% artaraq 2 377 768 manata çatıb. Bununla da, 2018-ci il üçün hədəflərə uğurla çatmanı qeyd etmək olar.

 

Məlumat üçün qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində fərdi və korporativ müştərilər üzrə toplanan məcmu yığımların həcmi 12 257 140 manat təşkil edib.

 

Bu isə “Qala Həyat”ın uğurlu və davamlı inkişafını bir daha sübut edib.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Bununla yanaşı, cari ilin 9 ayı ərzində şirkət tərəfindən müştərilərə 11 347 887 manat həcmində sığorta ödənişi də verilib. Ödənişlər gecikdirilmədən, qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında və opreativ qaydada həyata keçirilib.

 

Xatırladaq ki, Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib. Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.

13.11.2018 08:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ