Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"AzRe Təkrarsığorta" şirkəti "Qala Həyat Sığorta"dakı payını artırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AzRe Təkrarsığorta" şirkəti "Qala Həyat Sığorta"dakı payını artırır

“Qala Həyat Sığorta” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişəcək.

 

Bu barədə açıqlamasında Şirkətin əsas səhmdarı olan “AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Vüsal Abbasov məlumat verib.

 

Onun sözlərinə görə, bu, “Qala Həyat Sığorta”nın nizamnamə kapitalının 28,57% və yaxud 2,86 mln. manat artırılaraq 12,87 mln. manata çatdırılması çərçivəsində baş tutacaq: “Həyat sığortası şirkətinin səhmdarlarının yığıncağında kapital artımının yalnız “AzRe Təkrarsığorta”nın hesabına həyata keçirilməsinə qərar verilib və digər səhmdar Nizami Məmməd oğlu Mahmudov buna etiraz etməyib”.

 

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Qala Həyat Sığorta" ASC-nin yeni səhm emissiyasını (AZ1006008226) ötən ilin dekabr ayında dövlət qeydiyyatına alıb. Emissiya şirkətin hər birinin nominal dəyəri 2 860 manat olan 1 000 yeni səhminin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Səhmlər qapalı üsulla yerləşdiriləcək.

 

Beləliklə, əldə olunmuş razılığa əsasən, yeni səhmlərin hamısını “AzRe Təkrarsığorta” alacaq. Bununla da, onun “Qala Həyat Sığorta”nın nizamnamə kapitalındakı payı indiki 88,57%-dən 91,11%-ə yüksələcək, N.Mahmudovun payı isə 11,43%-dən 8,89%-ə düşəcək.

 

Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 10,01 mln. manatdır. Şirkətin dövriyyəyə hər hər birinin nominal dəyəri 2 860 manat olan 3 500 səhmi var. 

 

© Report

20.02.2017 12:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ