Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

9 ayda sürücülər 59 milyon manat cərimələnib

iç səhifə xəbər başlığı altı (mobil)_31
9 ayda sürücülər 59 milyon manat cərimələnib

2018-ci ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,9 faiz artaraq 2635,4 min olmuşdur.

 

Reklam_3_11

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

"Marja" Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, xətaların 51,5 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çox), 13,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (60,7 faiz çox), 10,3 faizi dayanma və ya durma qaydalarının pozulması (6,1 faiz çox), 10,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (12,4 faiz çox), 3,8 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (19,1 faiz az), 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (17,9 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. 

 

Qaydaların pozulmasına görə 58,7 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.

13.11.2018 13:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ