Azərbaycan şərabları 20-dən artıq göstərici üzrə təhlil olunur
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı Regional 1 Saylı Sınaq Laboratoriyası şərab məhsulları üzrə ölkənin ixtisaslaşmış və qabaqcıl laboratoriyasıdır.
Qida Təhlükəsizliya Agentliyinin yaydığı məlumata görə. Laboratoriyanın şərab sektoru ən son standartlara uyğun şəkildə qurulmuşdur. Laboratoriya Yaponiya, Amerika, Fransa və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunmuş, həmçinin, şərab sektorunun mütəxəssisləri xarici və yerli təlimlərdə iştirak edərək bu sahə üzrə ixtisaslaşmışlar.
“Laboratoriyada şərab məhsullarının 20-dən çox göstəricisi Beynəlxalq Şərab Təşkilatının (OİV) üsulları əsasında təhlil edilir. 2016-cı ildə şərab məhsulları üzrə 15 üsul Latviyanın “Latak” Milli Akkreditasiya Bürosu tərəfindən akkreditə olunmuşdur.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Fransanın “BİPEA” şirkəti ilə müqavilə bağlamış və əməkdaşlıq çərçivəsində hər ay 180-nə yaxın laboratoriya ilə müqayisəli sınaqlar aparılaraq, 20 göstərici üzrə müqayisəli təhlildən 17-si “BİPEA”nın nəticələrinə uyğun gəlmişdir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu laboratoriya işi keyfiyyətinin daha da artırılması və beynəlxalq akkreditasiyanın həyata keçirilməsi üçün “BİPEA” ilə müqayisəli təhlillərin davam etdirilməsi və sınaq üsullarının sayının artırılmasını nəzərdə tutur”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
13 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
15 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl