Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“60 dollar risklidir” xəbərdarlığı edilmişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“60 dollar risklidir” xəbərdarlığı edilmişdi

Bu gecə neft qiymətləri təxminən 8% düşüb. Brent markalı neftin qiyməti 64 dollar, ABŞ xam neftinin (WTI) qiyməti isə 54 dollar səviyyələrinə geriləyib. Neftin ucuzlaşması Azərbaycan üçün yaxşı hal deyil. Xüsusilə  2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiyməti 60 dollardan götürülür. Neftin bu səviyyəyə düşməsinə cəmi 4 dollarlıq ucuzlaşma kifayət edəcəkdir.

 

Reklam_3_11

"Marja"nın məlumatına görə, iqtisadçı Samir Əliyev, 2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsinə münasibət bildirərək, “Neftin qiymətinin 60 dollardan götürülməsi risklidir” demişdi.

 

İqtisadçı bildirmişdi  ki, mövcud hadisələr neftin qiymətinin artacağı ehtimalını gücləndirsə də, amma heç kim qiymətin enməyəcəyinə də zəmanət verə bilməz.

 

“Məncə, 50 dollar daha məqbuldur. Əgər gələn il neftin qiyməti yüksək olarsa, hökumət may ayında büdcəyə dəyişiklik etməklə, qiymətə uyğun xərcləri tənzimləyə bilər. Ona görə 50 dollar daha münasib olardı. Bu, riski azaltmaq üçün vacib idi”.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirmişdi  ki, neftin 1 barelinin 60 dollardan götürülməsi qənaətbəxşdir:

 

“Hesab edirəm ki, bu rəqəm riskli deyil. Çünki noyabrdan Amerika tərəfindən müəyyən sanksiyalar qüvvəyə minəcək. Neftin qiyməti nə qədər ucuzlaşsa da, 60-65 dollar ətrafında dəyişəcək. Mən düşünmürəm ki, neftin qiyməti bundan da aşağı düşsün. Çünki getdikcə neftə olan tələbat artır. Bəzi dövlətlərdə sanksiyalar, müharibələr gedir və hansılar ki, neft ixrac edir, onlarda müəyyən problemlər yaranacaq. Ona görə də neftin qiymətinin 60 dollardan götürülməsi doğru addımdır. Mənim fikrimcə neftin qiyməti bu ilin sonunadək 80 dollardan aşağı olamayacaq”.

 

Qeyd edək ki, bu gün Brent neftinin 64 dollara düşməsnin qalıcı olacağını da söyləmək doğru olmazdı. OPEC və tərəfdaşları hasilatlarını azaltmaq barədə qərar versələr qiymətlər yenidən yüksələ bilər.

 

Həmçinin oxu: Bu gecə neft kəskin ucuzlaşdı - AZƏRBAYCAN ÜÇÜN RİSK

14.11.2018 05:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ