20 milyon manatlıq istiqraz buraxılışı
“Azərbaycan İpoteka Fondu” ASC 20 milyon manatlıq istiqraz buraxır.
“Marja” xəbər veri ki, 14 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin hər birinin nominal dəyəri 1000 manat olan 20 000 ədəd faizli ipoteka istiqrazların buraxılışı AZ2012008689 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyata alınmışdır.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazlar üzrə gəlirlik 3%, tədavül müddəti isə 3600 gündür.
YANVARDA DA 20 MİLYONLUQ EMİSSİYASI QEYDİYYATA ALINIB
Xatırladaq ki, 30 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-ninhər birinin nominal dəyəri 1000 (min) manat olan 20 000 (iyirmi min) ədəd faizli ipoteka istiqrazların buraxılışı AZ2011008680 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyata alınmışdı.
Sözügedən istiqrazlar üzrə də gəlirlik 3%, tədavül müddəti 3600 gün təşkil edib.
TAM HƏCMDƏ YERLƏŞDİRİLİB
Xəbər verdiyimiz ki, 17 fevral 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC-nin faizli adlı sənədsiz təmin edilmiş ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir. Hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2011008681) nominal qiymətlə həcmi 20 000 000 manat təşkil etmişdir.
Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilmişdir.
İsiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1001.75 AZN təyin edilmişdir.
İsiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymələ 20 000 000 AZN təşkil etmişdir. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilmişdir.
Yerləşdirmənin anderrayteri qismində birja üzvü Paşa Kapital İŞ QSC çıxış edir.
İstiqrazların ödəmə tarixi 06 dekabr 2026-cı ildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
4 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 4 saat əvvəl
-
4 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 5 saat əvvəl
-
7 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 7 saat əvvəl
-
7 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
7 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir