Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda sanator tipli məktəbəqədər təhsil müəssisələri yaradılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda sanator tipli məktəbəqədər təhsil müəssisələri yaradılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nazirlər Kabineti “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin “III. Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələbləri” bölməsində, eyni zamanda “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib.

 

Reklam_3_11

Bu barədə qərar Baş nazir Novruz Məmmədovtərəfindən imzalanıb.

 

Dəyişikliyə görə, Azərbaycanda ibtidai təhsil altı yaşdan başlanacaq. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər.

 

Həmçinin Azərbaycanda sanator tipli məktəbəqədər təhsil müəssisələri, eyni zamanda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri yaradılacaq.

 

Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunacaq.

 

Sənəddə bildirilir ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə 1 yaşdan 7 yaşadək, körpələr evi-uşaq bağçası - 1 yaşdan 7 yaşadək, uşaq bağçası - 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcəklər.

 

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə uşaqlar sağlamlıq imkanlarının məhdudluğuna və yaş səviyyəsinə uyğun qruplara qəbul olunacaqlar.

 

Sanator tipli məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 7 yaşadək, körpələr evi-uşaq bağçasına 1 yaşdan 7 yaşadək, uşaq bağçasına 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcəklər.

 

Vərəm infeksiyasının erkən başlanğıc dövrü, kiçik və sönən formalı vərəmli uşaqlar üçün nəzərdə tutulmuş sanator tipli məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbulu üçün vərəm əleyhinə dispanser, dispanser olmadıqda isə rayon (şəhər) mərkəzi xəstəxanası tərəfindən verilmiş göndəriş tələb olunur.

 

Vərəm infeksiyasının erkən başlanğıc dövrü, kiçik və sönən formalı vərəmli uşaqlar üçün nəzərdə tutulmuş sanator tipli məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbulu üçün vərəm əleyhinə dispanser, dispanser olmadıqda isə rayon (şəhər) mərkəzi xəstəxanası tərəfindən verilmiş göndəriş tələb ediləcək.

 

Bundan əvvəl Azərbaycanda inklüziv təhsillə bağlı layihənin təqdimatı olub.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

© Report

14.11.2018 06:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ