Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Bakı və Minsk üçüncü ölkələrin bazarlarının birgə istifadəsi məsələsini nəzərdən keçirir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bakı və Minsk üçüncü ölkələrin bazarlarının birgə istifadəsi məsələsini nəzərdən keçirir"

Bakı və Minsk üçüncü ölkələrin bazarlarında əməkdaşlıq perpektivlərini müzakirə edir. Bunu Belarusun xarici işlər nazirinin müavini Andrey Yevdoçenko deyib.

 

Reklam_3_11

“2018-ci ilin 9 ayı ərzində Azərbaycanla Belarus arasında qarşılıqlı ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artıb. Bu gün tərəflər üçüncü ölkələrin, həmçinin Türkiyə bazarlarında birgə fəaliyyət perpektivlərini nəzərdən keçirirlər”, - A.Yevdoçenko Azərbaycan-Belarus arasında diplomatik əlaqələrin 25 illiyinə həsr olunan konfransda bildirib. Bu barədə BELTA Agentliyi məlumat verir.

 

Nazir müavininin sözlərinə görə, 25 il ərzində Azərbaycanla Belarus arasında münasibətlər strateji xarakter əldə edib. İki ölkə arasında yaxşı inkişaf edən müqavilə-hüquq bazası bunun bariz nümunəsidir. O vurğulayıb ki, Bakı və Minsk bütün sahələrdə uzunmüddətli effektiv tərəfdaşlığa yönəlib.

 

A.Yevdoçenko ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətini səmərli adlandırıb.

 

Diplomat qeyd edib ki, iki ölkəninn liderləri arasında etibarlı münasibətlər Belarus-Azərbaycan əməkdaşlığı üçün yaxşı təməldir. Bununla əlaqədar, o, gələn həftə Azərbaycan prezidenti İlham Əliyevin Belarusa baş tutacaq səfərinin əhəmiyyətini xüsusi vurğulayıb. 

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

© İnterfaks-Azərbaycan

14.11.2018 06:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ