Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

20 milyon manatlıq istiqraz buraxılışı

iç səhifə xəbər başlığı altı (mobil)_31
20 milyon manatlıq istiqraz buraxılışı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan İpoteka Fondu” ASC 20 milyon manatlıq istiqraz buraxır.

 

“Marja” xəbər veri ki, 14 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin hər birinin nominal dəyəri 1000 manat olan 20 000 ədəd faizli ipoteka istiqrazların buraxılışı AZ2012008689 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyata alınmışdır.

 

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazlar üzrə gəlirlik 3%, tədavül müddəti isə 3600 gündür.

 

YANVARDA DA 20 MİLYONLUQ EMİSSİYASI QEYDİYYATA ALINIB

 

Xatırladaq ki, 30 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-ninhər birinin nominal dəyəri 1000 (min) manat olan  20 000 (iyirmi min)  ədəd faizli ipoteka istiqrazların buraxılışı AZ2011008680 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyata alınmışdı.

 

Sözügedən istiqrazlar üzrə də gəlirlik 3%, tədavül müddəti 3600 gün təşkil edib.

 

TAM HƏCMDƏ YERLƏŞDİRİLİB

 

Xəbər verdiyimiz ki, 17 fevral 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC-nin faizli adlı sənədsiz təmin edilmiş ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir. Hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2011008681) nominal qiymətlə həcmi 20 000 000 manat təşkil etmişdir.

 

Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilmişdir.

 

İsiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1001.75 AZN təyin edilmişdir.

 

İsiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymələ 20 000 000 AZN təşkil etmişdir. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilmişdir.

 

Yerləşdirmənin anderrayteri qismində birja üzvü Paşa Kapital İŞ QSC çıxış edir.

 

İstiqrazların ödəmə tarixi 06 dekabr 2026-cı ildir.

20.02.2017 12:31

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ