Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan şirkətləri Çinə 50 milyon dollarlıq məhsul ixracı haqqında müqavilələr bağlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkətləri Çinə 50 milyon dollarlıq məhsul ixracı haqqında müqavilələr bağlayıb

Azərbaycan şirkətləri noyabrda Çinə ixrac missiyası çərçivəsində bu ölkəyə 50 mln. dollar dəyərində məhsul tədarükü haqqında müqavilələr bağlayıb.

 

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsinin müvəqqəti icraçısı Yusif Abdullayev məlumat verib.

 

"Çinə sonuncu missiya çərçivəsində Azərbaycan şirkətləri 50 mln. dollar dəyərində məhsul tədarükü haqqında müqavilələr bağlayıb. Hesab edirəm ki, bu, çox yaxşı nəticədir", - deyə o, bu gün mətbuat kobfransında bildirib.

 

Y.Abdullayevin sözlərinə görə, müqavilələr Çinə şərab məhsulları, araq, üzüm şirəsi və digər məhsulların ixracını nəzərdə tutur.

 

O, həmçinin qeyd edib ki, noyabrın 7-də Şanxayda açılmış Azərbaycan Şərab Evində 15 Azərbaycan şirkətinin 120 adda məhsulu təqdim olunub.

 

Xəbər verildiyi kimi, iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti 4-8 noyabr tarixlərində Çin Xalq Respublikasında işgüzar səfərdə olub.

 

Səfərdə məqsəd Şanxayda keçirilən Birinci Çin Beynəlxalq İdxal Sərgisində iştirak etməkdən ibarət olub.

 

Səfər çərçivəsində noyabrın 7-də Şanxayda Azərbaycan Şərab Evi açılıb. Bu, Çində sayca 2-ci Azərbaycan Şərab Evidir. Birinci Şərab Evi bu ilin sentyabr ayında Urumçidə açılıb.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

© İnterfaks-Azərbaycan

14.11.2018 09:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ